07.09.2017 [10:43] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Elxan Şahinoğlu: “Erməni lobbisi Azərbaycan və Türkiyə əleyhinə çalışmalara xeyli maliyyə vəsaiti xərcləyir”
Son zamanlar Avropadan Azərbaycana qarşı gələn təzyiqlər getdikcə artır. Nüfuzlu beynəlxalq qurumların, mətbuat orqanlarının ölkəmiz əleyhinə verdikləri bəyanatlar, dərc etdikləri yazılar durmadan çoxalmaqdadır. Xüsusilə, son olaraq, Böyük Britaniyanın “The Guardian” qəzetinin əsası olmayan məqaləsi bir çox iddialara yol açdı.
İddialardan biri də qardaş Türkiyənin Qərblə münasibətlərinin pisləşməsinin Avropanın Azərbaycana qarşı münasibətinə də təsir etməsi barədədir. Rəsmi Ankaranın Qərblə əlaqələrinin gərginləşməsindən sonra ölkəmizə qarşı artan təzyiqlər önə çəkilir, Türkiyənin bir nömrəli müttəfiqi kimi Azərbaycanın da hədəfə tuş gəldiyi vurğulanır. Əslində qalsa, bu iddialarda həqiqət çalarları çox görünür. Belə ki, tarix boyu dövlətlər arasındakı narazılıqlarda onların müttəfiqləri də hədəf olublar. Çünki istənilən halda dövlətlərin müttəfiqləri seçim qarşısında qalır və istər-istəməz ona daha yaxın ölkənin yanında yer alırlar. Belə hallarda balanslı siyasət yürütmək olduqca çətinləşir. Bu baxımdan Türkiyə-Avropa münasibətləri ölkəmizə də təsirsiz ötüşmür.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də bu fikirdədir. O hesab edir ki, türk və İslam dünyasına qarşı bütün məsələlər bir mərkəzdən idarə olunur: “Bu böyük bir sistemdir. Məsələlər arada səngiyir, sonra yenə də geniş vüsət alır. İki əsr əvvəl Şərq məsələsi var idi. Türkiyəni dağıtmaq istəyirdilər və bununla bağlı müəyyən projelər də həyata keçirilmişdi. İndi o plan başqa formada davam etdirilir. Əsrlər öncə səlib yürüşləri baş veriи, bu gün də ona oxşar hadisələr şahidi oluruq. Müsəlmanların kütləvi şəkildə qırğınlara məruz qalmaları, Myanmada baş verənlər onu göstərir ki, türk və İslam dünyasına qarşı institutlaşmış bir davranış var. Türk dövlətləri ayaqda durmağa çalışdıqda, onlara qarşı tədbirlər görülür. Bu gün Türkiyəni həm də müttəfiqsizləşdirmək, onun müttəfiqlərini zəif salmaq siyasəti böyük layihənin içərisində xüsusi yer alır. Azərbaycana olan basqıların bir səbəbi də Türkiyənin yanında güclü bir dövlət kimi dayanmasıdır.
Hesab edirlər ki, bütün keyfiyyətləri ilə türk dünyasında ikinci böyük ölkə Azərbaycandır. Ölkəmiz kilid nöqtədə yerləşdiyi üçün geosiyasi məsələlərdə təsir vasitələrindən biridir. Ölkəmizin zəif düşməsi, Türkiyənin yanında olmaması üçün çalışırlar. Azərbaycana xüsusi bir baxış var. Hər bir böyük iddiaları olan dövlət Azərbaycanı öz orbitində görmək istəyir. Bunu görməyəndə, Azərbaycanın müstəqil siyasət yürütdüyünü görəndə isə təzyiqlər altında onu yanlarına çəkmək istəyirlər. Bu, klassik bir yanaşmadır. Burada gözlənilməz bir şey də yoxdur. Türkiyəyə qarşı olan bütün təzyiqlərdə Azərbaycan qardaş ölkənin yanında olmalıdır ki, Azərbaycan və digər türk dövlətlərinə qarşı basqılarda Türkiyə onların yanında olsun. Əks halda başqa proseslər baş verə bilər. Məşhur “göl qurutma” üsulu var. Az-az, hissə-hissə gölü qurudurlar.
O üsulla hər bir dövləti məhv edə bilərlər. Əgər biz bir-birimizin yanında olmasaq, günün birində bu gün dəyməsə də, səhəri zərbə bizə də dəyəcək. Tamamilə razılaşıram ki, Türkiyə üzərində qurulmuş oyunların bir elementi kimi Azərbaycana da təzyiqlər nəzərdə tutulub”.
Politoloq Elxan Şahinoğlu Azərbaycan və Türkiyə əleyhinə Qərb mətbuatında sifarişli yazıların dərc olunduğunu qeyd etdi: “Qərb mətbuatında yazılanların tamamının Corc Soros tərəfindən sifariş edildiyini söyləmək çətindir. Ancaq onun bu işləri yaxşı bacardığını da bilirik. Soros kimi və hansı dövləti hədəf götürürsə, ona və ya onlara qarşı planlaşdırdığını həyata keçirməyə çalışır. Təsadüfi deyil ki, Sorosun doğulduğu ölkə Macarıstan belə onun əməllərini təhlükəli sayır. Digər tərəfdən Qərb ölkələrində də Sorosa münasibət birmənalı deyil. Erməni lobbisinin də işin içində olduğunu istisna etmirəm. Ancaq bunlar Bakıda deyilir, Qərbdə milyonlarla oxucusu olan nəşrləri izləyən və orada yayımlanan məqalələri oxuyanlar isə yazılanlara inanacaq və onların ağıllarına nə Soros, nə də erməni lobbisi gələcək. O da faktdır ki, Qərb mətbuatında Azərbaycan hakimiyyətinə qarşı sifarişli olaraq müxtəlif zaman kəsimlərində məqalələr yayımlanır. Eyni ilə Türkiyə hakimiyyəti də zaman-zaman tənqidi məqalələrə tuş gəlir. Bunun bir mərkəzdən hazırlandığı və servis edildiyi istisna deyil. Çünki dünyanın məşhur nəşrlərində Azərbaycan hakimiyyəti haqqında yayımlanan yazılar eyni gündə işıq üzü gördü. Yazılanların yalan olduğunu beynəlxalq aləmə göstərməyin bir yolu var – həmin nəşrləri məhkəməyə vermək və bununla yazılanların yalan olduğunu sübut etmək. Problem həm də ondan ibarətdir ki, son yazılarda yalnız hakimiyyət təmsilçilərinin adları çəkilməyib, hakimiyyət mənsubları ilə əməkdaşlıq edən avropalı rəsmilərin, diplomatların və deputatların da adları çəkilib. Onlar konkret faktlarla ittiham olunurlar. Onlar da bu yazılanların yalan olduğunu deyirlər, ancaq məqalələrdə iddialar çox sərtdir. Demək onlar üçün də yeganə alternativ yol məhkəməyə müraciət etməkdir. Bu cür yazılardan sonra Qərbdə Azərbaycan hakimiyyətinə loyal və dost olan dairələr və rəsmilər, o cümlədən Bakıdakı konfranslara qatılan keçmiş rəsmilər və diplomatlar Bakı ilə əməkdaşlıqda bir qədər ehtiyatlı mövqeyə keçə bilərlər. Azərbaycan hakimiyyəti illərdir lobbi işinə xeyli maliyyə və enerji sərf edib.
İndi-indi erməni lobbisi ilə bərabər səviyyəyə çatmışdıq. Bu cür yazılar isə hakimiyyətin lobbi fəaliyyətlərinə də ciddi zərbə vura bilər. Ona görə də hakimiyyət mənsublarımız da ciddi nəticələr çıxartmalıdırlar. Birincisi, xaricdə lobbi çalışmalarına ayrılan maliyyə vəsaitlərə nəzarət edilməli, nəyin hara və necə xərclənməsinə diqqət edilməlidir. Erməni lobbisi Azərbaycan və Türkiyə əleyhinə çalışmalara xeyli maliyyə vəsaiti xərcləyir. Demək biz də lobbi işinə pul xərcləmək məcburiyyətindəyik. Burası aydındır. Ancaq hansısa deputatın ələ alınmasından ziyadə maliyyənin işğal faktının ortadan qaldırılması işinə yönəltmək lazımdır. Ikincisi, Sorosa və ya erməni lobbisinə bəhanə verməməyin ən sadə yolu Mehman Əliyev kimi insanları həbs etməməkdir. Mehman Əliyev dövlətə bağlı insandır. Hakimiyyətə müxalif ola bilər, ancaq özü və agentliyi Azərbaycanın dövlət maraqları üçün çalışır. Bəli, “Turan” agentliyi hakimiyyəti tənqid edən məqalə və analizlər yayımlayıb, ancaq Qarabağla bağlı nə yazıbsa, hamısı Azərbaycanın dövlət maraqlarına xidmət edib. Mehman Əliyev kimi insanların həbs olunması həm Qərb mətbuatında ölkəmiz əleyhinə yazıların çoxalmasına, həm də Qarabağla bağlı informasiya savaşında əlimizin zəifləməsinə yol açır. Biz istəyirik ki, beynəlxalq aləmdə torpaqlarımızın işğalı haqqında danışsınlar, ancaq indi onlar Mehman Əliyevin həbsindən danışırlar. Bu isə işğalçı Ermənistanın və erməni lobbisinin işinə yarayır”.
Cavanşir ABBASLI
Musavat.com

Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |