07.09.2017 [11:02] - Xəbərlər, DAVAMın yazıları
Mirzə Ələkbər Sabirlə bağlı olan hər bir cümlə həmişə marağımı çəkib. Xüsusilə də onun nəsri. Deyim ki, M.Ə.Sabirin nəsr əsəri o qədər də çox deyil. Dövrünün mətbuatı üçün Şamaxıdan xəbərlər hazırlayıb, məqalələr yazıb və s. Və bir də dost tanışlarına yazdıqları məktubları var. Bu məktubların hər birini oxuyandan sonra kədərlənməmək mümkün deyil. Çünki şair orada düşdüyü vəziyyətləri və sıxıntılarını, əhalinin ona olan münasibətini qeyd edib.
İndiyə kimi M.Ə.Sabirin bir neçə məktubunu dərc etmişik. Bu gün təqdim edəcəyimiz məktubu isəTiflisdə müalicədə olduğu zamanlarda – 15 iyun 1911-ci ildə Abbas Səhhətə yazıb. Enter.News həmin məktubu təqdim edir:
"Qardaşım Səhhət!
Müalicədən ötrü Tiflisə gəldikdən sonra sənə məktub yazmamışam; zira ki, halım müsaid olmayıbdır. Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Məni mehmanxana, ya xəstəxanada yatmağa razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim, rəbbi-təala həzrətləri əvəz versin. Bu qədər bil ki, öz evimdən artıq mənə pərəstartiş edirlər.
Doktorları cəm edib, konsultasiya yapdılar; doktorların bəzisi operasiya, yəni
əməliyyati-cərrahiyyə icra etmək lazım bildi. Mənə təklif etdilər ki, ciyərindəki illət
kəmalınca bizə məlum və müşəxxəs deyildir; razı olsan əməliyyaticərrahiyyə yaparıq; ciyərlərindən kəsmək lazım isə, kəsərik, yox, lazım deyilsə, yenə kəsdiyimiz yeri tikib, əlac edərik.
Dedim:
– Bağışlıyısınız, doktor əfəndilər! Mənim qarnım portmanat, kisə deyil ki, istədiyiniz kimi açıb, qapayasınız. Bəlkə kəsdiniz, sonra əmələ gəlmədi?!
Mənim bu sözüm həkimlərin çox xoşuna getdi, gülüşdülər. Və buradakı əhibba da doktorların qəti söz vermədiyinə görə əməliyyat icrasına razı olmadılar. Hələlik daxili müalicə ilə müdara edirəm. Doktor Kasparyans mənə müalicə edir.
Mövla görəlim neylər. Neylərsə, gözəl eylər.
Baqi ixlas və iradət.
Qardaşın Sabir".
15 iyun 1911.
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |