Şrift:
Türkiyə NATO-nun sammitinin yekun bəyanatına Qarabağ problemi haqqında bənd əlavə etmək niyyətindədir
21.05.2012 [11:41] - Xəbərlər
NATO-nun Çikaqoda keçirilən sammitində Türkiyənin nümayəndə heyəti sammitin yekun bəyanatına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında bənd əlavə etməyi planlaşdırır.

“Sabah” qəzetinə istinadən xəbər verir ki, NATO-nun Çikaqo sammitində türk nümayəndə heyəti üçün gündəlikdə dayanan əsas məsələlərdən biri sammitin yekun bəyanatının “həll edilməmiş münaqişələr haqqında” bölməsinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında bəndin əlavə olunmasıdır.

Qəzetin məlumatına görə, Çikaqoda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşən Türkiyə prezidenti Abdullah Gül Ankaranın Qarabağ məsələsində Azərbaycana sonadək dəstək göstərəcəyini bəyan edib.

Dövlət başçıları yekun bəyanatın Dağlıq Qarabağ münaqişəsinə toxunan mətnini müzakirə ediblər.

Qeyd edək ki, bazar günü, mayın 20-də Çikaqoda NATO-nun sammiti öz işinə başlayıb. O, alyansın tarixində yeni mərhələnin başlanğıcını göstərməlidir. Çikaqoya 60-dan çox ölkə və təşkilatın nümayəndəsi, o cümlədən 50-dək prezident və baş nazir gəlib. Belə ajiotaj ikigünlük iclasın qeyri-adi yekun gündəliyi ilə bağlıdır.
Bu xəbər oxucular tərəfindən 1043 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed