Şrift:
Millət vəkili Fərəc Quliyev:Əjdər Ol yaradıcılığı gənc nəslə bir nümünədir.
08.09.2017 [13:35] - Gündəm, Fərəc Quliyev
Görkəmli Azərbaycan yazıçısı Əjdər Olun “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” kitabı “Çağdaş nəsrin ustaları” seriyasından
“ATV Kitab”dan “Hədəf nəşrləri ” ilə…

Əjdər Olun yeni kitabı işıq üzü gördü

ATV –nin “Hədəf nəşrləri ” ilə yeni təsis etdikləri “Çağdaş nəsrin ustaları” seriyasından II kitab – çağdaş ədəbiyyatımızın tanınmış nümayəndəsi, milli ədəbiyyatımızda portret hekayələrin bir janr həddinə qaldırılaraq formalaşmasında xüsusi rolu olan görkəmli yazıçı Əjdər Olun “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” hekayələr toplusu işıq üzü gördü. XALQ.AZ məlumat verir ki, nəşrin əsas məziyyəti budur ki, kitabda müəllifin indiyə qədər heç bir yerdə dərc edilməyən bir neçə hekayəsi də daxil olmaqla bu günə kimi yazdığı bütün hekayələri toplanıb. Görkəmli yazıçının 368 səhifəlik yüksək poliqrafiya ilə nəşr edilən kitab oxucular üçün milli ədəbiyyatımızın formalaşmasında böyük rolu olacaq. Kitabda müəllifin geniş bioqrafiyası ilə yanaşı yazıçının müasiri olan bir çox həmkarının rəyi yer alıb.

XALQ.AZ-a Əjdər Olun yaradıcılığı ilə bağlı dəyərli ziyalılarımız açıqlamalar verib. Oxucularımıza milli ədəbiyatımızın görkəmli yazarı haqqında rəyləri təqdim edirik:



Millət vəkili Nizam Cəfərov Əjdər Olun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatı və xüsusilə Azərbaycan nəsrində önəmli bir mərhələdir. Bu kitabda oxucular tərəfindən maraqla qarşılanır.



Millət vəkili Elmira Axundova: Əjdər Olun yaradıçılığı Azərbaycanın milli sərvətinə çevrilir. İnanıram ki,yeni nəşr olunan hekayələr toplusuda gələcək nəsillərdə maraqla oxunacaq.



Millət vəkili Rafael Hüseynov: Yaradıcı insan ilk növbədə vətənpərvər olmalıdır, Əjdər Ol vətənpərvərliyi ilə seçilən görkəmli yazarlarımzdandır. Yaradıçılıı ilə yaxında tanışam. Əsərləri gənc nəslə bir örnəkdir. Ugurlar arzulayıram.



Dillər Universitetinin rektoru Kamal Abdulla: Əjdər Ol fəaliyyəti və yaradıçılığı ilə müasir dövr üçün ən maraqlı əsərlər oxuculara təqdim edir. Növbəti yaradıçılığıda gələcək nəsillər üçün vacib bir topludur.



Millət vəkili Fəzail İbrahimli: Müasir zamanda yazanlarımız ancaq tarixın yazmağa üstünlük veririlər. Əjdər Olun yaradıçılığı ilə tanışam. Oxucuları müxtəlif yaş həddində olan insanlardır. Gənc nəsli yaradıcılığı ilə maraqlandıra bilib. Müasir dövr üçün çox böyük uğurdur.

Xalq şairi Sabir Rüstəmxanlı: Əjdər Olun yaradıcılığı milli kimliyimizi əks etdirir. Yazdığı əsərləri və yeni nəşr olunan topluda cəmiyyətimizdə maraqla qarşılanır.

Millət vəkili Fərəc Quliyev:Əjdər Ol yaradıcılığı gənc nəslə bir nümünədir. Müasir ədəbiyyatımızın qorunub saxlanması üçün çalışan yazarımızdır.Əjdər Olun yaradıcılığı geniş təbliğ olunmalıdır.



Xalq artisti Mənsum İbrahimov: Sənətinə, yaradıcılığına hörmət bəslədiyim Əjdər Olun fəaliiyəti hər zaman diqqət mərkəzindədir. Milli ədəbiyatımıza yaradıcılığı ilə öz töhfəsini verən Əjdər Ol, gənc yazarlarımza bir örnəkdir.Ugurlar arzulayıram.

Millət vəkili Əli Məsimli: Əjdər Olun yaradıcılığı ilə tanış olan hər bir kəsə məlumdur ki, milli yaradıcılıq nümünəsi ilə qələmə aldığı hər bir cümlə, hər bir şer, və əsər oxucular tərəfindən maraqla qarşılanır yeni nəşr olunan toplusu da yaratdığı kimi olacaq.

Gən alim Cahid İsmayıloğlu: Müasir və milli ədəbiyyatımızda yaradıcılığı seçilən gərkəmli yazıcı Əjdər Olun yenidən ədəbiyyatı gündəmə gətirdi və aktuallaşdırdı. Əjdər Ol Azərbaycan nəsrində özündən sonra gələn gənc nəsillərə də yol göstərən dəyərli yazıcılarımızdandır. Əjdər Ol qızıl kəlmələr sahibidir.Dilimizin yükü bu gün Əjdər Ol kimi ədiblərimizin çiynindədir.



Qeyd edək ki, Kitabı şəhərin əksər kitab dükanlarından, eyni zamanda “Kitabevim” kitab mağazası və satış şəbəkəsindən əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 1025 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed