Şrift:
Barak Obama:Biz diplomatik yollarla İrana qarşı təzyiqlərin və sanksiyaların davam etdirilməsi niyyətindəyik
21.05.2012 [12:12] - Güney Azərbaycan xəbərləri
ABŞ İrana qarşı təzyiqlərin və sanksiyaların davam etdirilməsi niyyətindədir”Böyük səkkizlik” ölkələrinin ABŞ-da keçirilən sammitində iştirak edən Barak Obama deyib, Biz diplomatik yollarla İrana qarşı təzyiqlərin və sanksiyaların davam etdirilməsi niyyətindəyik”.

Dünya təhlükəsizliyinin də müzakirə olunduğu görüşdə “böyük səkkizliyə” üzv olan digər ölkə nümayəndələri də B. Obama ilə həmfikir olaraq Tehranın mübahisəli nüvə proqramı ilə bağlı daha çox məlumat əldə etmək məqsədilə İrana qarşı təzyiqlərin davam etdirilməsinə razılaşıblar.

Qeyd edək ki, “böyük səkkizlik” ölkələrinin növbəti sammiti ABŞ prezidentinin Merilend ştatında yerləşən Kemp-Devid iqamətgahında başlayıb. ABŞ, Böyük Britaniya, Kanada, İtaliya, Yaponiya, Rusiya Almaniya və Fransa “böyük səkkizliyə” daxil olan ölkələrdir.
Bu xəbər oxucular tərəfindən 1523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed