09.09.2017 [11:46] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu görüşdən heç bir şey gözləmirəm”
Dünən axşam saatlarında Moskvada Rusiyanın və Moskvanın patriarxı Kirillin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş keçirildi. Görüşdə əsas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsi olacağı əvvəlcədən məlum idi. Bundan əlavə, görüşdə erməni əsirliyində olan kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin də məsələsi müzakirə olunub.
Əvvəl Allahşükür Paşazadə ilə Kirill arasında ikitərəfli görüş keçirilib. Rus Pravoslav Kilsəsinin rəhbəri QMİ sədrinə Moskvaya səfər etdiyinə görə təşəkkür edib və Şeyxin dinlər və xalqlar arasında dialoqun inkişafına böyük töhfə verdiyini qeyd edib.
Tərəflər sülhməramlı əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bəyan ediblər və qarşıdakı üçtərəfli görüşün Qafqazdakı münaqişənin həllinə kömək edəcəyinə ümid etdiklərini bildiriblər.
“Ümid edirəm ki, bu görüşün bütün Qafqaz xalqları üçün bəhrəsi olacaq. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanıb. Buna kimi də görüşlərimiz olub, təəssüflər olsun ki, nəticəsiz qalıb. Təkcə Qarabağda deyil, Azərbaycan-Ermənistan sərhədində dinc insanlar həlak olurlar. Biz bu məsələyə bu cür yanaşsaq, çətin ki, həll yoluna gələk".
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya paytaxtında Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qareginin iştirakı ilə keçirilən üçtərəfli görüşdə deyib.
"Biz din xadimləriyik, hərbçi deyilik. Problemin elə həll yolunu tapmalıyıq ki, xalqlara ziyan gəlməsin. Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub. Gəlin, bu gün Kirilin rəhbərliyi ilə dövlət rəhbərlərimizə çağırış edək ki, münaqişənin sülh yolu ilə həlli üçün səylərini artırsınlar.
Milyonlarla insan öz ata-baba yurduna gedə, qəbirlərini ziyarət edə bilmir. Həmin yerlər işğal altındadır. Faktlar var ki, qəbirlər təhqir edilir. Bu, heç də dindarlara yaraşmır. Dağlıq Qarabağ ətrafındakı rayonların yavaş-yavaş qaytarılmasına başlamaq lazımdır", - deyə QMİ sədri qeyd edib.
A.Paşazadə bildirib ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov yaxınlarının qəbrini ziyarət etmək istəyərkən Kəlbəcərdə girov götürülüb: "Girovlar, əsirlər azad olunmalıdır. Biz ilk addımı atmalıyıq ki, insanlar öz ata-baba yurdlarına qayıtsınlar. Sadəcə, görüşmək xatirinə görüşməməliyik.
Biz bir yerdə yaşayacağıq, heç kəs heç yerə getməyəcək. Ona görə də bizim görüşün nəticəsi olmalıdır. Mən bir daha erməni katolikosuna müraciət edirəm. Bu görüşdən sonra yenə əvvələ qayıtmayaq. Bir daha qeyd edirəm ki, mən bu görüşə böyük ümidlə baxıram”.
Qeyd edək ki, görüşün vaxtı məlum olandan görüş ətrafında bir sıra müzakirələr yaranmışdı. Müzakirələrin əsasını görüşün Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə töhfələr verə biləcəyi ilə bağlı idi. Bu istiqamətdə fikirlər birmənalı deyildi. Görüşün müsbət nəticələr verə biləcəyindən danışanlar da var idi, əhəmiyyətinin olmayacağından söz açanlar da... İndiyə qədər prezidentlər səviyyəsində həll edilməyən bir münaqişənin dini liderlər səviyyəsində həllinin mümkünsüz olduğu barədə mövqelər də az deyildi. Burada sadəcə Rusiyanın məqsədlərinin olduğu, görüşü təşkil etməklə Kremlin Qərbə mesaj göndərdiyi, münaqişənin həlli açarının onun əlində olduğunu göstərdiyi vurğulanırdı.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev musavat.com-a açıqlamasında bildirdi ki, bu cür görüşlər Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi rol oynaya bilməz: “Bu tipli görüşlər çox olub. Dini xadimlər, alimlər, ziyalılar, QHT rəhbərləri səviyyəsində belə görüşlər az olmayıb. “Xalq diplomatiyası” adı altında müəyyən gediş-gəlişlər olub. Bunların heç bir mənası yoxdur. Bu görüşdən də heç nə gözləmirəm. Əlbəttə, təbliğat xarakterli üstünlüklər qazanacağıq kimi fikirlər söyləyə bilərik. Amma Qarabağ məsələsi birmənalı şəkildə Rusiya tərəfindən hazırlanan bir layihədir. Bunun icrası da Ermənistana tapşırılıb. Ermənistan bir maşadır. Hər şey Rusiyanın əlindədir. Rusiya tərəfi dini liderləri bir araya gətirməklə göstərmək istəyir ki, masada söz sahibi bizik, hər şey bizim nəzarətdədir. Demək istəyir ki, bura mənim meydanımdır, kimsə bura girməsin. Bu cür mesajlar verilir. Rusiyanın məsələnin həllində istəyi olarsa, bu tipli görüşlərə ehtiyac qalmaz. Amma Kremlin istəyi odur ki, münaqişə davam etsin. Bütün bunlara görə bu görüşdən heç bir şey gözləmirəm. Sadəcə XİN rəhbərləri, dini liderlər səviyyəsində keçirilən belə görüşlərə Azərbaycan ona görə gedir ki, masadan, müzakirələrdən qaçmaq kimi görüntü yaranmasın. Məhz bunun da yaranmaması üçün də görüşlərdə iştirak mümkündür. Bununla həm də onları ifşa etmək mümkündür. Bu mənada belə görüşlərin əhəmiyyəti var. Amma görüşün münaqişənin həllinə xidmət edəcəyinə ciddi şəkildə şübhə var. Azərbaycan onu göstərmək istəyir ki, istənilən formada, istənilən persona ilə, istənilən masada məsələnin müzakirəsinə hazırıq. Ermənistan mütəmadi olaraq müzakirələri pozur, müxtəlif formatlar təklif edir, amma bunları biz etmirik, məhz bunu sübut etmək üçün belə görüşlərə gedilir. Günlərin birində hərbi qarşıdurma yaranda “dünən biz bunları etdik” kimi əlimizdə “kozurlar” ola bilər. Bu baxımdan belə görüşləri tam əhəmiyyətsiz hesab etmək olmaz. Amma bir daha bildirirəm ki, münaqişənin həllinə bunun heç bir xeyri yoxdur”.
Deputat Rusiyanın verdiyi mesajlara da toxundu: “Belə görüşlərlə Rusiya hər bir kəsə mesaj verir. Kreml tərəfindən “Cənubi Qafqazda mənim meydanıma girməyin, buradakı münaqişələri mən yaratmışam, mən də idarə edirəm, istənilən halda istənilən şəxslərlə, hətta dini liderlərlə belə, bu münaqişəni müzakirə mövzusuna çevirə bilərəm” kimi mesajlar var. Rusiya demək istəyir ki, nüfuzlu beynəlxalq qurumlarla deyil, istəsəm dini qurumlarla da bu münaqişəni həll edə bilərəm. Təşəbbüsün öz əlində olması barədə rəsmi Moskva açıq mesaj verir. Söhbətlərin arxasında bu dayanır”.

Cavanşir ABBASLI,
Musavat.com
Musavat.com
Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |