21.05.2012 [17:28] - Siyasət
Azərbaycan rəhbərliyinin cənubdan artan təhdidlərlə bağlı məsələni NATO sammiti çərçivəsində Qərb dövlətləri ilə müzakirə edəcəyi gözlənilir.
Mayın 19-na keçən gecə Bakının müxtəlif rayonlarında (məhəllə) evlərin bloklarına və həyətlərin girişində Azərbaycan hökumətinin, “Eurovision” mahnı müsabiqəsinin, gey paradın(rejə) əleyhinə olan, islamın təbliğinə yönəlmiş çoxsaylı müraciətlər və CD diskləri qoyulub. Disk və müraciət eyni rəngli sellofan torbalara qoyulub və torbalardan gülab iyi gəlirmiş.
Müraciətin mətni əks olunmuş vərəqdə arxa fonda ağ at şəkli əks olunub. Filmdəki mətnləri Təbrizli məşhur diktor Əsgər Fərdi oxuyur. Filmdəki diksiya, danışıq şivəsi onun İranda hazırlandığına şübhə qoymur. Film boyu “Allahın qəzəbindən qorxun!” çağırışı tez-tez ekranda görünür, Nyu-Yorku okean (iqyanus) sularının yuması, vulkan (atəşfişan) püskürmələrindən dünyanın dağılması əks olunur. Bununla yanaşı, Azərbaycan iqtidarının islam siyasəti kəskin tənqid olunur, məscidlərin, evlərin sökülməsi, vətəndaşlara qarşı zorakılıq, gey paradlardan kadrlar nümayiş etdirilir. “İran müsəlman ölkələrində, o cümlədən qonşu şiə ölkəsində gey paradın keçirilməsinə imkan verməyəcək”, - deyə qeyd edilir. Eyni zamanda, film boyu Qarabağın işğalından, Xocalı faciəsinin qurbanlarından, həbsdə olan islamçıların “haqq uğrunda” mübarizəsindən bəhs edilir. Azərbaycan hökuməti həbsdə olan islamçıları azad etməyə, hicaba icazə verməyə çağırılır. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən Turan-a bəlli olub ki, polis orqanları artıq müraciəti yayanların bir neçəsini yaxalayıb.
Bu müraciətlərin və diklərin yayılmasının İranın kəşfiyyat şəbəkəsi tərəfindən təşkil olunduğu ehtimal edilir. Görünür, “təşviqat materialları” əvvəlcədən Azərbaycan ərazisinə keçirilib. “Təşviqat materiallarının” məzmunu və xarakteri (mahiyyət) belə deməyə əsas verir ki, İran kəşfiyyatı Bakıda “Eurovision” yarışması günlərində dindarların küçələrə çıxmasına can atır. Bu baxımdan yaxın bir neçə gündə İrandan qaynaqlanan təxribatların baş verməsi təhlükəsi real hesab edilə bilər. Məlumatlara görə, son günlər İranın İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Səhər” telekanalı da xeyli aqressivləşib (mühacimləşib). Telekanal açıq şəkildə əhalini hakimiyyətə qarşı üsyana təhrik edir, ölkə rəhbərliyinin ünvanına kobud ifadələrə yer verir.
İran məscidlərində ötən cümə namazında da hədəf Azərbaycan hakimiyyəti və “Eurovision” yarışması olub. Xəbər verildiyi kimi Təbriz və Ərdəbildə cümə namazından sonra Azərbaycan əleyhinə izdihamlı kütləvi yürüşlər təşkil edilib. İran ayətullahları və din xadimləri də öz moizələrində Azərbaycan iqtidarının siyasətinin tənqidinə geniş yer veriblər.
Azərbaycan tərəfi də İranın təhdidlərinə və aksiyalarına adekvat (yetərli) cavab veriləcəyini bildirib. Xarici İşlər Nazirliyinin rəsmisi Elman Abdullayev Təbriz və Ərdəbildə keçirilən son nümayişlərdən sonra bildirib ki, Azərbaycan tərəfi İranın bu hərəkətlərinə adekvat cavab verəcək. Ekspertlər (karşünaslar) vəziyyətin təhlükəli məcraya sürükləndiyini qeyd edirlər və hesab edirlər ki, Tehran-Bakı münasibətlərində iplər artıq qopub. Doğrudur, İran prezidentinin və bu ölkə XİN-in (xarici işlər naziri) davranışlarında Bakıyla münasibətlərdə ipləri qoparmamaq meyli hiss edilir. Ən azından, anti-Azərbaycan çıxışlarında və çağırışlarında onların öndə getmədiyi görünməkdədir. İran hökumətində nəzərə alırlar ki, bu ölkəyə qarşı beynəlxalq sanksiyaların az qala hər gün genişləndiyi bir vaxtda Azərbaycan və digər qonşu ölkələrlə ipləri qoparmaq düzgün deyil. Ən azından, yaxın keçmişin təcrübəsindən məlumdur ki, İran beynəlxalq sanksiyaların (təhrim) təsirindən yayınmaq istəyəndə məhz Azərbaycan banklarından, şirkətlərindən, gömrük strukturlarından (qurum, saxtar) faydalana bilib. Bununla belə İranda hakimiyyət bölgüsünə yaxşı bələd olan təhlilçilər qeyd edirlər ki, Tehranın xarici siyasətində və başqa ölkələrlə münasibətlərinin necə qurulmasında XİN və prezident əsas söz sahibi deyil. Bu səlahiyyətlər ali dini rəhbərliyin və ona tabe olan güc mərkəzlərinin-İnqilab Keşikçiləri Korpusunun, onun kəşfiyyat, təşviqat strukturlarının nəzarətindədir. Hazırda qarşıdurma da məzh İran dini elitası ilə Azərbaycan iqtidarı arasında gedir. “Eurovision” isə sadəcə olaraq anti-Azərbaycan kampaniyasında bəhanə kimi istifadə edilir.
Bu gün ABŞ-ın (Çikaqo şəhərində NATO-nun sammiti işə başlayacaq və Azərbaycan da bu sammitə dəvətlidir. Prezident İlham Əliyevin xarici işlər naziri Elmar Məmmədyarovun müşaiyəti ilə həmin sammitdə iştirakı planlaşdırılır. Gözlənilir ki, sammit çərçivəsindəki ikitərəfli təmaslarda Azərbaycan rəsmiləri İrandan artan təhdidləri də müzakirə edəcəklər. İran məsələsi onsuz da sammitin gündəliyində yer alan məsələlərdən biridir. Rəsmi Bakı bildirir ki, İranı qəzəbləndirən Azərbaycanın Qərbmeylli siyasət yeritməsidir. Bu baxımdan gözləniləndir ki, Azərbaycan tərəfi İran təhdidlərinə qarşı Qərbdəki tərəfdaşlarından dəstək istəsin. Həmçinin, qeyri-rəsmi bilgilərə görə “Eurovision” yarışmasının başa çatmasından sonra Bakıda İranın ölkəmizə qarşı siyasətinə etiraz olaraq hakimiyyət tərəfindən izdihamlı aksiyanın təşkili də gözlənilir. Bundan əvvəl Bakıdakı İran səfirliyi qarşısında bir neçə dəfə aksiya olmuşdu.

Bu xəbər oxucular tərəfindən 1786 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |