Şrift:
Ukraynada iri beynəlxalq hərbi təlimlər başlayıb
12.09.2017 [09:33] - Gündəm, Bildiriş
Ukraynanın Lvov vilayətində “Rapid Trident-2017” iri beynəlxalq hərbi təlimlər başlayıb.

Təlimlərdə 14 ölkədən 2500-dən çox hərbçi iştirak edəcək.

Ukrayna, Gürcüstan, ABŞ, Türkiyə, Böyük Britania və digər ölkələrdən hərbçilərin qatıldığı hərbi təlimlər sentyabrın 23-dək davam edəcək.

Qeyd edək ki, bu təlimlərlə eyni zamanda, sentyabrın 14-dən 20-dək Rusiya və Belarusun bir neçə poliqonunda “Qərb-2017” təlimləri keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed