Şrift:
Yaponiyada isti havaya görə 773 nəfər xəstəxanaya yerləşdirilib
12.09.2017 [09:45] - Gündəm, Sağlıq
Yaponiyada ötən həftə davam edən isti hava səbəbindən 773 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Bu barədə Yaponiya Baş Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, xəsarət alanların sayı əvvəlki həftə ilə müqayisədə təqribən iki dəfə azalıb. Bu, istilərin getdikcə düşməsi və ölkənin böyük bir hissəsində yağışların başlaması ilə izah edilir.

Yaponiyada mayın 1-dən başlayan istilərlə əlaqədar cari yay mövsümündə 44 nəfər həlak olub. Yerli hakimiyyət orqanları əhaliyə daha çox maye qəbul etməyi, baş geyimi daşımağı və Günəşdən qorunmağı tövsiyə edirlər.

Yaponiyada ötən il istilər 100-ə yaxın insanın həlak olmasına və on minlərlə sakinin xəstəxanalara yerləşdirilməsinə səbəb olub.
Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed