12.09.2017 [09:53] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Evin içərisində bir xəyanətkar olursa, onunla mübarizə aparmaq çox çətindir”;
Elçin Mirzəbəyli: “İslahatlar dərinləşdikcə və irəli aparıldıqca, “beşinci kolon”ların əhatə dairəsi daha da daralacaq”
Seçkilər yaxınlaşdıqca Azərbaycanda “beşinci kolon” mövzusu daha da aktuallaşır. Son vaxtlar məsələ daha çox bu kontekstdə müzakirə edilir: “Rusiyanın, yoxsa Qərbin ”beşinci kolon"u təhlükəlidir?"
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Əsasən postimperial ölkələrdə, imperiyalardan qurtulmuş dövlətlərdə o imperiyaların başında olmuş dövlətlər çalışırlar ki, bu ölkələrdə əvvəllər qurduqları şəbəkələrdən istifadə etsinlər” deyə qeyd etdi: “Məxfi qurumlarla əməkdaşlıq etmiş şəxslərdən burada istifadə olunur. Onları müxtəlif yerlərdə yerləşdirir və sonra istifadə edirlər.
Əlbəttə, imperiyalardan qurtulmuş dövlətləri öz təsir dairəsində saxlamaq üçün təkcə o imperiyalar çalışmır, digər dövlətlər də bu istiqamətdə fəaliyyət göstərirlər. Ən müxtəlif formada ələ aldıqları şəxsləri xarici dövlətlərin istəyinə uyğun çalışdırırlar. Fərqi yoxdur ki, bu ”kolon" hansı dövlətə xidmət edir. Əsas olan odur ki, Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərirlər; istər hakimiyyət, istər siyasi partiyalar, istərsə də QHT-lər daxilində olsunlar. Hərbi müdaxilələrlə olmasa da, ölkə daxilində bəzi şəxslərdən istifadə etməklə, “baltanın sapı”ndan istifadə edirlər. Məncə, ən qorxulusu da budur. Kənardan müdaxilə olanda qarşısında durub cavab verirsən, amma evinin içərisində bir xəyanətkar olursa, onunla mübarizə aparmaq çox çətindir. Mübarizə aparmaq təkcə hökumətin işi deyil, bütün ictimaiyyət belə məsələlərə etiraz etməli, onların qarşısında durmalıdır. Türkiyəyə diqqət edin, hökumətə qarşı ən radikal olan partiyalar belə, Almaniya və digər Avropa dövlətlərindən Türkiyə əleyhinə hər hansı bir fəaliyyət görən kimi, ən sərt şəkildə etiraz edir, bəyanatlar səsləndirir. Məsələn, son dəfə Dövlət Baxçalının çıxışına qulaq asdım, açıq şəkildə bəyan etdi ki, biz dövlətimiz və hökumətimizin yanındayıq, kimsənin dövlətimizə təsir etməsinə imkan vermərik. Bu evi qorumaq hamımızın borcudur. İstər Qərb, istər Rusiya, istərsə də iranmeylli qüvvələr olsun, bunların heç bir fərqi yoxdur. Bu qüvvələr hər dəqiqə donunu geyinib, istənilən xarici qüvvənin yanında olmağı bacaran qəlbə malikdirlər. Onlar üçün fərqi yoxdur, hansı dövlət olsun. Onlar öz maraqlarını həmin xarici qüvvələrin maraqları içərisində axtarırlar. Amma yetkin, kamil, vətənə bağlı vətəndaş və siyasi təşkilatlar özünün fərdi, qrup, partiya marağını dövlətin maraqları içərisində axtarmalıdır. Başqa axtarışlar “beşinci kolon” axtarışlarıdır".
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, “beşinci kolon”lardan qurtulmaq mümkün deyil: “İstənilən bir ölkənin, yaxud transmilli korporasiyanın, beynəlxalq təşkilatın ”beşinci kolon"unun siyasi və digər qərarların qəbulu prosesinə, ictimai rəyə təsir etmək imkanlarına malik olması təhlükəlidir. Bu baxımdan, yaxşı, ya da pis “beşinci kolon” yoxdur. Təsir mexanizmlərinə malik olmayan, passiv nüfuz agentlərini daim nəzarətdə saxlamaq və onlara qarşı önləyici tədbirlər görmək lazım gəlir. Amma siyasi və digər qərarların qəbuluna, ictimai rəyə təsir etmək gücü toplamış “beşinci kolon”a qarşı isə daha sərt və ardıcıl tədbirlər həyata keçirilməsi labüddür. Bu məsələlər dövlətin təhlükəsizliyi ilə bağlıdır və Azərbaycanda müvafiq qurumlar bu sahədə öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.
Fərqi yoxdur, “beşinci kolon” istər rusiyameylli olsun, istər İran, istərsə də Qərb, nüfuz agentlərinin missiyası dövləti zəiflətməkdən, müqavimətini azaltmaqdan və onları himayə edən ölkədən asılı vəziyyətə salmaqdan ibarətdir. Bu səbəbdən haradan və necə idarə olunmasından asılı olmayaraq, “beşinci kolon” dövlətin təhlükəsizliyi üçün təhdiddir. Amma şübhəsiz ki, Rusiya ilə Qərbin nüfuz agentləri və onların strategiyaları arasında fərqlər var. Rusiyanın nüfuz agentləri himayəsində olduqları ölkənin komandası altında hərəkət edirlər, onları demokratik dəyərlər, insan hüquq və azadlıqları maraqlandırmır. “Beşinci kolon”un fəaliyyət dairəsini məhdudlaşdırmaq və onların yaratdıqları bəhanələrin təzyiqlərə yol açmaması üçün Qərb dövlətlərinin ictimai rəyi, kütləvi informasiya vasitələri ilə işləmək mümkündür. Lakin Rusiyada bu mümkün deyil. Öncə qeyd edim ki, ictimai rəy Kreml üçün heç bir əhəmiyyət daşımır. Əgər bu ölkə öz nüfuz müvəkkillərindən istifadə etməklə hər hansı bir ölkəyə təzyiq etmək yolunu seçərsə, bütün kütləvi informasiya vasitələri tutuquşu kimi eyni fikirləri təkrarlayacaqlar. Rusiyanın hədəf seçdiyi ölkəyə qarşı total bir kampaniya başladılacaq və bir nəfər də cəsarət etməyəcək ki, bunun doğru olmadığını bildirsin. Rusiyada bütün proseslər bir mərkəzdən idarə olunur, hətta ictimai rəy də... “Beşinci kolon”lardan tam qurtulmaq mümkün deyil. Onlar həmişə mövcud olacaqlar. Əsas məsələ onların dövlətin qərarlarına təsir etmək gücünə sahiblənə bilməmələri üçün önləyici tədbirlər görmək, bu qrupların fəaliyyətlərini daim nəzarətdə saxlamaqdır. Bunun üçün isə bütün mümkün metod və vasitələrdən istifadə olunmalıdır. İlk növbədə “beşinci kolon”un yaranmasına səbəb olan amillər aradan qaldırılmalıdır. Konkret fakt və hadisə ilə bağlı proseslər dərindən təhlil olunmalı, atılan hər hansı bir addımın ortaya çıxaracağı nəticələr göz önünə alınmalıdır. Bu arada yersiz bəhanələrə yol verən və öz korparativ maraqlarına görə dövlətin təhlükəsizliyinə təhlükə yaradan şəxs və dairələrin “beşinci kolon”dan heç də az təhlükəli olmadığını xüsusilə qeyd etmək istəyirəm..."
Politoloq getdikcə “beşinci kolon”un əhatə dairəsinin daralacağına ümid edir: “Rəsmi Bakı balanslı deyil, öz maraqlarına xidmət edən siyasət yürüdür. Bunlar tamamilə fərqli yanaşmalardır. Balanslı siyasət xarici amillərlə bağlıdır. Yəni bu və ya digər güc mərkəzi arasında balansı saxlamaqdan ibarətdir. Milli maraqlara xidmət edən siyasət isə bir çox hallarda bu balansı qorumaya da bilər. Yəni milli maraqlara təhlükə yaradan istənilən güc mərkəzinə qarşı sərt mövqe sərgiləyər və s. Biz rəsmi Bakının mövqeyində dəfələrlə bu kimi halların şahidi olmuşuq. Balanslı siyasətdən fərqli olaraq milli maraqlara xidmət edən siyasi kursda seçim anlayışı yoxdur. Əgər sən öz maraqlarını əsas götürürsənsə, bütün hallarda seçim qarşısında qalmayacaq, yaxud tərəddüd etməyəcəksən. Sənin üçün daha sərfəli, yaxud daha az ziyanlı olana üstünlük verəcəksən. Yəni milli maraqlarını seçəcəksən. Digər tərəfdən, ”beşinci kolon"ların Azərbaycanda siyasi qərarların qəbul olunmasına təsir etmək gücündə olduğunu da düşünmürəm. Hesab edirəm ki, ölkəmizdə həyata keçirilən islahatlar dərinləşdikcə və irəli aparıldıqca, “beşinci kolon”ların əhatə dairəsi daha da daralacaq".

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 734 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |