22.05.2012 [10:44] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanda 2006-ci il may hadisələrinin ildönümü və Urmu gölünün İran rejimi tərəfindən qurudulmasına 21-may 2012-ci ildə Təbrizdə və Urmuda kütləvi aksiyalar başlayıb.Fars molla rejimi aksiyanın qarşısını almaq üçün İranın bütün bölgələrindən xüsusi təyinatlı polis və təhlükəsizlik məmurlarını Təbriz və Urmu şəhərlərinə gətirib.Təbrizin və Urmunun mərkəzi küçələri polis və təhlükəsizlik məmurlarının mühasirəsində olmağına baxmayaraq Azərbaycan Türkləri müxtəlif şuarlar səslədirərək rejimin anti Azərbaycan siyasətinə etiraz ediblər.Milli fəallar "Azərbaycan var olsun istəməyən kor olsun,Hərkim ki bitərəfdir farsdanda bişərəfdir,Urmu gölü can verir məclis onun qətlinə fərman verir" şuarları şəhərin bütün məntəqələrində səsləndirilib.Polis və təhlükəsizlik məmurları əhalini qoxudmaq üçün rezin güllələrdən və göz yaşardıcı qazlardan istifadə edib lakin əhlini sakitləşdirmək mümün olmayıb.Son məlumatlara əsasən Təbrizdə və Urmuda 100 nəfərdən artıq millio fəal həbs olunub.Həbs olunanlar haqda ətraflı məlumat qısa zamanda diqətinizə çatdırılacaq.
Bu xəbər oxucular tərəfindən 1523 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |