Şrift:
Cəlilabadda torpaq sürüşdü, qədim yaşayış məskəni tapıldı
13.09.2017 [09:32] - Gündəm, Bildiriş
Cəlilabad rayonunun Buravar kəndində təpəlik olan ərazilərdə torpaq sürüşməsi nəticəsində qədim məzarlıq və yeni yaşayış məskəni aşkar edilib.

AMEA-dan verilən məlumata görə, ərazidə qədim dövrə aid xeyli sayda baş daşları, çoxlu soba və kül qalıqlarının aşkar edilməsi buranın qədim yaşayış məskəni olduğunu bir daha sübut edir.

Tarixçilər ərazidəki əksər əşyaların gildən hazırlandığını və tapılmış maddi-mədəniyyət nümunələrinin tunc dövrünə aid olduğunu bildiriblər.
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed