22.05.2012 [12:12] - Borçalı
“Borçalı” İctimai Cəmiyyətinin mətbuat xidmətindən davam.az-a verilən məlumata görə, təşkilatın növbəti illik konfransı keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra şəhidlərin və ötən konfransdan keçən dövr ərzində dünyasını dəyişənlərin ruhu sükutla anıldı.
Tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü professor Ramiz Məmmədov açdı və gündəlikdə olan məsələləri elan etdi:
Konfransın gündəliyi:
1. İdarə Heyyətinin hesabatı (Zəlimxan Məmmədli)
2. “Borçalı” İctimai Cəmiyyətin saytının təqdimatı
3. Nizamnaməyə əlavə və dəyişikliklər (Yusif Kərimov)
4. 2012-2013-cü ilin fəaliyyət proqramı (Mədəd Coşqun)
5. Koordinasiya şurasının yaradılması və tərkibinin təsdiqi
6. Təşkilati və cari məsələlər
Katiblik seçildikdən sonra cəmiyyətin sədri Zəlimxan Məmmədli məruzə edərək ötən konfransdan keçən bir il ərzində görülən işlər haqqında məlumat verdi. O, bildirdi ki, 12 Dədə Camal Məclisi, ziyalılarla görüşlər keçirilib, akademik Zahid Xəlilovun 3 əsərini yenidən nəşr etmişik, Borçalıya səfərlərimiz olub. Dədə Camal məclisinin strukturunu Borçalıya köçürməliyik.
Sədr regionda yaranmış proseslərə münasibətini bildirdi: ... “regionda gedən proseslərə ayıq münasibət bildirməli, səbrli olmalıyıq. Mən hər kəsi təxribatlara uymamağa çağırıram. Gürcüstan Azərbaycan münasibətlərini qorumaq hamımızın borcumuzdur. Biz etnik separatizmi lənətləyirik. Problemlərin həllində qarşılıqlı ittihamlardan imtina edib dialoqa üstünlük veririk!
Güney Azərbaycanda baş verənlər bizi narahat edir. Biz Vətənimizi qorumalıyıq. Mən bunu cəsarətlə deyirəm ki, “Borçalı” Cəmiyyəti cılız regionçuluq təfəkkürünü darmadağın etmişdir.
David Kareci monastrı ətrafında yaranmış gərginliklərlə bağlı “Borçalı” İC-nin Bəyanatı oxundu. Bəyanat qəbul olundu.
Daha sonra sədr 2012-ci ilin Gürcüstanda Türk toponilməri adlarının bərpası ili olduğunu və bununla bağlı ilk işartıların göründüyünü diqqətə çatdırdı.
Hesabatla bağlı videorolik nümayiş etdirildi.
“Borçalı” İctimai Cəmiyyətinin saytının təqdimatı oldu. Saytın struktur bölmələri haqqında Alı Adıgözəl məlumat verdi.
Hüquqşünas Yusif Kərimov nizamnaməyə əlavə və dəyişikliklər barədə məlumat verdi. “Borçalı” İC-nin adını dəyişib “Borçalı” İctimai Birliyi adlandırmağı təklif etdi. Təklif səsə qoyuldu və qəbul edildi.
İdarə Heyətinin üzvü Mədəd Coşqun 2012-2013-cü illərin fəaliyyət planı barədə məlumat verdi.
Koordinasiya şurasının yaradılması haqqında cəmiyyətin sədri çıxış etdi. Şuranın yaradılması və tərkibi təsdiq edildi.
Daha sonra şair Abbas Abdulla, Kəpənəkçi Xeyriyyə fondunun sədri Rəşid Bədəlov, Şeyx Əbdül, şair Baba Vəziroğlu, Gənclər Təşkilatının üzvləri və başqalarının çıxışları oldu.
Konfrans cəmiyyətin illik fəaliyyətini müsbət qiymətləndirdi. İdarə Heyyətinin tərkibində dəyişiklik oldu. Gənclər Təşkilatının sədri Alı Adıgözəl İdarə Heyyətinə üzv seçildi.
Sonra Zəlimxan Məmmədli “Borçalı” Cəmiyyətinin 3 ildə gördüyü işlərin “Yurda qayğı” adlı kitab halında nəşr edildiyini bildirdi və kitabı təqdim etdi.
Sonda isə Zəlimxan Məmmədli cəmiyyətin gələcəkdə görəcəyi işlər haqqında məlumat verdi.
Bununla da “Borçalı” İctimai Cəmiyyətinin illik konfransı sona çatdı.

Bu xəbər oxucular tərəfindən 1579 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |