22.05.2012 [12:12] - Güney Azərbaycan xəbərləri
ABŞ Konqresinin yuxarı palatası mayın 21-də İrana qarşı yeni sanksiyalar paketinin tətbiqi haqda qanun layihəsi qəbul edib. Senatın qəbul etdiyi qanun layihəsi prezident Barak Obamanın 2012-ci ilin yanvarında tətbiq etdiyi sanksiyaların genişləndirilməsini nəzərdə tutur. O vaxt neft hasilatından daxil olan gəlirlərin keçdiyi İran Mərkəzi Bankı ilə əməkdaşlıq edən xarici təşkilatlara Amerika maliyyə institutları ilə əlaqə qurmaq yasaqlanmışdı. Yuxarı palatanın mayın 21-də qəbul etdiyi qanun layihəsi İranın “National İranian Oil” və “National İranian Tanker” banklarına şamil olunur.
İrana qarşı sanksiyaları kəskinləşdirən qanun layihəsini əvvəl Konqresin aşağı palatası qəbul etmişdi.
İrana qarşı sanksiyaları kəskinləşdirən qanun layihəsini əvvəl Konqresin aşağı palatası qəbul etmişdi.
Bu xəbər oxucular tərəfindən 1217 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |