Şrift:
Az yaşlı uşaqlara cinsi zorakılıq edən "İran" diplomatı işdən qovuldu
22.05.2012 [12:37] - Gündəm, Güney Azərbaycan xəbərləri
Braziliyada uşaqlara cinsi sataşmada günahlandırılan İran diplomatı Hikmətulla Qurbani İran Xarici İşlər Nazirliyindən qovulub.
İran Xarici İşlər Nazirliyinin nəzarət və dəyərləndirmə baş idarəsinin bəyanatında deyilir: “Hikmətulla Qurbaninin işinə baxılıb və o, tutduğu vəzifədə peşəsinə, islama və müvafiq qanunlara zidd hərəkətlərinə görə məhkum edilərək Xarici İşlər Nazirliyindən qovulub”.

Aprelin 14-də üzv olduğu klubun hovuzunda üzən 50 yaşlı Hikmətullah Qurbani 9 yaşından 15 yaşına qədər olan 4 qız uşağının bədəninə toxunduğuna görə polisə aparılmış, amma diplomatik toxunulmazlığı olduğundan buraxılmışdı.
Bu xəbər oxucular tərəfindən 1466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed