Şrift:
Bakıda uşaqlar üçün aksiya keçirilir
23.05.2012 [10:22] - Xəbərlər, Gənclik
Bakıda uşaqlar üçün yeni aksiyanın keçirilməsinə başlanılıb. Bunu çərşənbə günü Bakının Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov deyib.
Kərimov bildirib ki, iyunun 1-dək hər gün 200 uşağın pulsuz uşaq filmlərinə baxması təmin ediləcək.

Onun sözlərinə görə, bu tədbir 1 iyun- Uşaqların Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilir. Aksiyada aztəminatlı ailələrin uşaqları olacaq. Kampaniyanın məqsədi uşaqlarının asudə vaxtını səmərəli təşkil etməkdir.
Kərimov bildirib ki, Uşaqların Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar əlilliyi olan uşaqlar üçün də xüsusi tədbir keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed