23.05.2012 [10:58] - Güney Azərbaycan xəbərləri
BBC-nin fars bölümü 21 may , Güney Azərbaycanda keçirilən kütləvi yürüşlərdən yazıb.BBC şahidlərin məlumatına əsasən qeyd edib ki, “ Urmuda polis qüvvələri etirazçıları dağıtmaq üçün onlara hücum edib, batumla (dəyənəklə) döyüb və aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmçinin hökumət qüvvələri etirazçıları tanıyıb və yaxalamaq üçün onlara qarşı rəng izi buraxan güllələrdən istifadə ediblər.Urmuda kütləvi etirazların təyin edilmiş vaxtına bir neçə saat qalmış güclü nəzarət sistemi yaradılıb və şəhərdə təxminən komendant saatı (hökumət-i nizami) hökm sürüb. Yürüç zamanı çoxlu tutulanlar olub və onlar avtobuslarla naməlum istiqamətə aparılıblar”.
BBC əlavə edib ki, “Son illərdə ətraf mühit müdafiəçiləri Urmu Gölünün quruması ilə bağlı xəbərdarlıq edib və bu prosesin dövlət siyasətindən irəli gəldiyini bildiriblər”.
BBC əlavə edib ki, “Son illərdə ətraf mühit müdafiəçiləri Urmu Gölünün quruması ilə bağlı xəbərdarlıq edib və bu prosesin dövlət siyasətindən irəli gəldiyini bildiriblər”.
Bu xəbər oxucular tərəfindən 1245 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |