Şrift:
Güney Azərbaycanda 21 may tarixində həbs olunan etirazçıların bəzilərinin kimliyi müəyyənləşib
23.05.2012 [11:06] - Güney Azərbaycan xəbərləri
21 may(1 xordad) Güney Azərbaycanda Milli Qiyamın ildönümü və Urmu Gölü böhranı ilə bağlı kütləvi etiraz aksiyaları keçirildi.Keçmiş xəbərlərimizdə qeyd etdiyimiz kimi, yenədə dinc aksiya rejimin basqıcı qüvvələri tərəfindən zorakılığa məruz qaldı, etirazçılara hücum edildi və çoxsaylı soydaşlarımız Urmu və Təbriz şəhərlərində tutuqlandılar.Güney Azərbaycan saytlarının yaydığı məlumata görə, tutuqlanan soydaşlarımızın bəzilərinin kimliyi müəyyənləşib:

Son məlumata əsasən, Əkbər Mühacir və Həsən Mirzəxani Təbrizin Rasta küçə məhəlləsində tutuqlanıblar.ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları Təbrizdə mərhum Sadiq Əvəzpurun evinə hücum edərək, onun oğlu Mustafa Əvəzpuru Qadir Novruzi ilə birlikdə tutub və naməlum istiqamətə aparıblar. Həmçinin Seyid sadaladıqları bir şəxsi də azərbaycanlı fəallarla birlikdə tutub və naməlum istiqamətə aparıblar.Məhəmməd İskəndərzadə isə Təbrizdə etiraz aksiyalarından öncə evinə gedərkən təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.Azərbaycanlı öyrənci fəal xanım Əfsanə Tuqirin də dünən Təbrizin Əbureyhan məntəqəsində tutuqlandığı bildirilir. Hələlik onun barəsində heç bir məlumat yoxdur.Urmuda isə Mühəndis İsrafil Ümidi naməlum şəxslər tərəfindən yaxalanıb. Həmçinin 4 nəfər öyrənci (Əsgər Xanyari, Həmid Nequdi, Mehrdad Rəha və Ruhullah Xani) və 1 nəfər Mehran Keşavərz adlı azərbaycanlı əsgər yaxalanıblar.Marağa şəhərində də Hüseyn Əhmədiyanın yaxalandığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 1170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed