Şrift:
Azərbaycan Polşa və Ukraynadan gələn turistlərin sayını artırmaq niyyətindədir
16.09.2017 [09:53] - Gündəm, Diaspor
Azərbaycan Turizm Assosiasiyası (AzTA) Polşada nümayəndəliyini açmağı planlaşdırır.

AzTA-nın sədri Nahid Bağırov bildirib ki, artıq Malayziya, Dubay və Ukraynada qurumun nümayəndəlikləri var.

Onun sözlərinə görə, ölkə xaricində nümayəndəliklərin olması Azərbaycan üzərindən üçüncü ölkəyə getmək, beynəlxalq turların təşkili kimi qərarların verilməsinə səbəb olub:

"Gürcüstana hər il 200 mindən çox polşalı turist səyahət edir. Gürcüstan istiqaməti ukraynalı turistlər tərəfindən də böyük maraqla qarşılanır. Biz də Azərbaycan ərazisini təklif etməklə, bu prosesdə iştirak etmək istəyirik. Azərbaycandan tranzit kimi istifadə edilə, ölkəmiz üzərindən keçməklə beynəlxalq turlar təşkil oluna bilər".
Bu xəbər oxucular tərəfindən 914 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed