Şrift:
Bahar Muradova: “İrana artıq layiqli cavab vermək lazımdır”
23.05.2012 [11:11] - Siyasət
Milli Məclisin bu gün keçirilən plenar iclasında İranla yaşanan gərgin durum günün müzakirə mövzusuna çevrilib.Məsələyə Milli Məclisin sədr müavini Bahar Muradova da münasibət bildirib. B.Muradova deyib ki, Azərbaycanın yüksələn inkişafı bir çox ölkələrdə ciddi narahatlıq yaradır.“Bu gün Azərbaycandakı vəziyyət bir çox ölkələri narahat edir. Bu baxımdan deyə bilərəm ki, onlar hər hansı məsələni qarşılarına məqsəd qoyublarsa, özlərinə başqa bəhanələr də tapacaqlar. Azərbaycan dövlətinin siyasəti kiməsə bəhanə vermək və bu bəhanənin aradan qaldırılmasına köklənməyib. Azərbaycanın dövlət siyasəti xalqın rifahının yüksəldilməsi və ölkəmizin qüdrətinin yüksəldilməsindən ibarətdir. Biz bütün dövlətlərlə münasibətlərimizi normal şəkildə qururuq”- deyə B.Muradova vurğulayıb. Sədr müavini İranın Azərbaycanı rəsmi dövlət kimi yox, Bakı deyə adlandırmasına layiqincə cavab verməyin lazım olduğunu qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1253 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed