Şrift:
Bütün səmavi dinlər sülhə səsləyir
18.09.2017 [11:06] - Gündəm, İslam dini
Göyçay Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) “Sülh aylığı” çərçivəsində Heydər Əliyev Mərkəzində “Bütün səmavi dinlər sülhə səsləyir” mövzusunda tədbir təşkil ediblər.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, DQİDK-nin bölgə nümayəndəliyinin şöbə müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Göyçay Rayon İcra Hakimiyyətində dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Rəsul Kazımov və ictimaiyyət nümayəndələri çıxış ediblər. Bildirilib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına layiqli xidmət edir.

Natiqlər İslam dininin sülh və barış dini olmasından, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmağı tövsiyyə etməsindən və gərəksiz düşmənçilik, işğalçılıq siyasətlərinə qarşı olmasından söz açıblar. Çıxış edənlər hər zaman sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin olunması üçün həyata keçirilən bu cür maarifləndirmə xarakterli tədbirlərin hər birinin İslam dininin əsl mahiyyətinin insanlar tərəfindən daha doğru anlaşılmasına və vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə səbəb olduğunu qeyd ediblər.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed