19.09.2017 [10:06] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Azərbaycan rəhbərliyi çox doğru qərar verəcək”
İqbal Ağazadə: “Avropa Şurasında qalmalıyıq”;
Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı qurumun baş katibi Tyorbyorn Yaqlandın çağırışı ətrafında gedən müzakirələr genişlənib. Məsələ ətrafında ən müxtəlif mövqelər var. Əksəriyyət qurumdan çıxarılacağımız təqdirdə bunun ölkəmizin ziyanına olduğunu desə də, bunun tərsini düşünənlər də var.
Xüsusilə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Yaqlandın çağırışına sərt cavab verməsi, çağırışın reallaşacağı halda Avropa Şurasının itirəcəyini dilə gətirməsi, ən əsası, “dünyanın dağılmayacağını, ölkəmiz üçün heç bir problemin olmayacağını” bildirməsi məsələni daha da aktuallaşdırıb. S.Seyidovun daha da irəli gedərək, Azərbaycanı Rusiya ilə müqayisə etməsi və şimal qonşumuzun qurumu tərk etdiyini, bunun Kreml üçün heç bir problem yaratmadığını söyləməsi Yaqlandın çağırışı ətrafında ən müxtəlif mövqelər meydana çıxarıb.
Ümid Partiyasının sədri İqbal Ağazadə qəzetimizə açıqlamasında Azərbaycanın heç bir beynəlxalq qurumdan çıxarılmasının tərəfdarı olmadığını dedi: “Biz Avropa dəyərlərini Avropa ailəsinin içərisində olaraq qazanacağıq, ailənin içərisində ola-ola daha çox şey götürəcəyik. Ölkə, iqtidar-müxalifət üçün Avropanın içərisində olaraq, ən azından müəyyən sərhədlər və dəyərləri qorumalı olacağıq. Kimlərsə hesab edirsə ki, Azərbaycan Avropa Şurasından çıxandan sonra iqtidar daha yumşaq, yaxud fərqli siyasət aparacaq, yanılır. Təcridetmə siyasəti müsbət heç nə verməyib, bundan sonra da verməyəcək. Cənab Seyidovun dediklərinə gəlincə, bunun pafos olduğunu söyləyə bilərəm. Avropa Şurasının və ya bizim itirəcəyimizə gəldikcə, Azərbaycan itirəcək. Çünki azından Azərbaycan Avropa ailəsinin biz üzvü kimi buradan kənarda qalanda təbii ki, təcridetmə siyasəti nəticəsində həm iqtisadiyyatına, həm dünyadakı yerinə, həm də ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsində təklənməyimizə gətirib çıxaracaq. Bu da bizim olduqca ziyanımızadır. Yaqlandın dediklərinə gəldikdə isə o, Avropa Şurasının üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışmalıdır.
Çalışmalıdır ki, Azərbaycanda dövlət, müxalifət, iqtidar, QHT-lərlə ciddi surətdə işləsinlər ki, proses Avropa ailəsinin dəyərlərinə doğru yaxınlaşsın, nəinki uzaqlaşsın. Belarusu təcrid etdilər, nə qazandılar? Belarus bununla Avropa ailəsinə yaxınlaşdımı, yaxud uğurlarmı qazandı? Hesab edirəm ki, biz Avropa Şurasında qalmalıyıq. Amma Yaqland və təmsilçisi olduğu qurum Azərbaycanla bağlı üzərinə düşdüyü öhdəlikləri yerinə yetirməlidir. Azərbaycan hakimiyyət bilməlidir ki, Avropa Şurası və digər beynəlxalq qurumlardan çıxarılması onun dünyada təklənməsinə gətirib çıxara bilər. Azərbaycan müxalifəti də, QHT-ləri də qəbul etməlidir ki, Avropa Şurasından çıxan Azərbaycanda iqtidar onun düşündüyü kimi, daha yumşaq siyasət aparmayacaq, əksinə, daha sərt siyasət aparılacaq, repressiv addımlar atılacaq. Bunu tərəflərin hər biri qəbul etməlidir. Səməd Seyidov Azərbaycanı Rusiya ilə müqayisə edir. Azərbaycan bəyəm Rusiyadır? Rusiya dünyanın aparıcı dövlətlərindən biridir. Azərbaycan kimdir ki? Ermənistandan torpaqlarımızı belə ala bilmir. Amma Rusiya istədiyi dövlətdən torpaq alır. Reallıqları bu şəkildə qəbul etmək lazımdır”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, Azərbaycan rəhbərliyi təxribatlara uymayacaq: “Çoxları ermənilər və Azərbaycanı sevməyən qüvvələrin təhriki ilə çalışır ki, ölkəmiz Qərb təsisatlarından ayrı düşsün, Qərblə inteqrasiyadan çəkilsin, Qərblə böyük layihələr həyata keçirməsin, Azərbaycan gələcəyini müasir sivilizasiya ilə qurmasın. Belə basqılar, təhriketmələr hər zaman olub, amma əminəm ki, Azərbaycan rəhbərliyi, xüsusilə prezidentin özü belə məsələlərdə çox ölçülü-biçili davranır. Uzun müddət İlham Əliyev Avropa təsisatlarında parlament üzvü kimi iştirak edib, oranın abı-havasını çox yaxşı bilir. Bildiyimiz kimi, Azərbaycan Avronestdə fəaliyyətini dayandırandan sonra prezidentin Avropa təsisatları rəhbərliyi ilə görüşdə çox sərt və açıq şəkildə bir danışması oldu, ölkə başçısı iradlarını tutdu. Avropa təsisatları hərəkətlərində korrektələr etdikdən sonra Azərbaycan Avronestdə fəaliyyətini bərpa etdi. Biz Avropa təsisatları ilə münasibətləri pozmaqda maraqlı deyilik. İnanıram ki, bundan sonra da belə olacaq. Münasibətlər pozularsa, Şərq üçbucağında yerləşən Rusiyanın qurduğu modellər içərisində Azərbaycanı əridərlər. Ermənistan və bəzi qüvvələr bunu çox istəyirlər. Ölkəmiz qarşılıqlı olaraq, Avropa ilə münasibətlərini qurub. Bəzən balanslı siyasət yürütdüyümüzü deyirlər, mən bunu ölkəmizin mənafeyinə uyğun siyasət adlandırıram. Başqaları kimi düşünmürəm ki, Azərbaycan Avropa Şurasından çıxsa, bu xeyrimizə olar. Ölkəmiz gələcəyini müasir dünya ilə qurmalıdır. Rusiya kimi cəhənnəmə gedənlərə yoldaş olmalı deyilik, cəhənnəmə gedən özünə yoldaş axtarır. Rusiya çalışır ki, ətrafdakı dövlətləri də özü ilə bərabər bataqlığa salsın. Əminəm ki, bu məsələlərdə Azərbaycan rəhbərliyi çox doğru qərar verəcək. Prezidentin siyasətini çox yaxşı bilirəm. Onun millətə, dövlətə bağlılığını da çox yaxşı bilirəm. Bizə iradlar tutula bilər. Qərəzli şəkildə bizi təzyiqlərlə hansısa bir qurumda saxlamaq mümkün deyil. Hər bir ölkənin hüquqları var. Onlar bizə qarşı münasibətdə ədalətli davranmalıdırlar. Əgər bu tarazlıq saxlanılsa, ortadakı anlaşılmazlıqları aradan qaldırmaq mümkündür”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Avropa Şurasından çıxarılacağımızı düşünmür: “Azərbaycan Avropa Şurasına 2001-ci ildə üzv olarkən müəyyən öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək üçün Avropa Şurası Monitorinq Komitəsi intensiv araşdırmalar aparır. Hazırlanan hesabatlarda Azərbaycanda fundamental ifadə, birləşmə və sərbəst toplaşmaq, siyasi azadlıqlarla bağlı acınacaqlı durumdan dolayı həyəcan təbili çalınır və narahatedici amildir ki, proses davam edir. Son günlər isə Azərbaycanın Avropa Şurasından çıxarılması mesajları verilir. Buna müxtəlif yanaşmalar da var. Ölkə daxilində həm hakimiyyətdə, həm müxalifətdə, həm də müəyyən fəal dairələrdə bu mesajlara müxtəlif yanaşmalar mövcuddur. Düşünürəm ki, Azərbaycan Avropa Şurasının üzvlüyündən çıxarılmayacaq. Ortada qaz amili var, TANAP, TAP var. Azərbaycan da buna əmindir. Düşünürəm ki, cənab Səməd Seyidov da bunu bildiyi üçün məhz belə cavab verib. Amma onu da qeyd edim ki, ölkəmiz hansısa beynəlxalq qurumdan çıxarılarkən itirən hakimiyyət yox, məhz xalq olacaq. Əsas məsələ budur və problemə məhz bu kontekstdən yanaşmaq lazımdır. Azərbaycan isə Rusiya deyil. Ölkədə siyasi məhbus probleminə müxtəlif yanaşma tərzləri var. Siyasi məhbus kimlər sayılır sualına cavab verə bilməyən də bəzən siyahi tərtib edir. Ona görə də hətta ”bütün siyasi məhbuslar buraxılacaq", mesajı veriləcəyi tərzdə belə bu, mümkün deyil. AŞ PA-nın tez-tez gündəminə gətirilən Azərbaycan üçün xoşagəlməz imic formalaşdıran siyasi məhbus problemi aradan qaldırılmalıdır - təbii ki, hakimiyyət daxilində bu problemin çözülməsində maraqlı olmayan tərəflərin maneçiliyi olmasa..."
Cavanşir ABBASLI

Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |