23.05.2012 [17:02] - Gündəm, Hərb
“Bütün ölkələrlə əməkdaşlıq etməyə hazırıq, lakin nə qədər ki Azərbaycan torpaqları işğal altındadır, Ermənistanla əməkdaşlıq etməyəcəyik”.
“Novosti-Armenia”yanın yaydığı məlumata görə, bu fikirləri QDİƏT Parlament Assambleyasının 39-cu plenar sessiyasında iştirak etmək üçün İrəvana gedən Azərbaycan Milli Məclisinin üzvü Asəf Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
Asəf Hacıyev bildirib ki, Ermənistanla hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz: “Düşünürəm ki, sizin yeni rəhbərliyinin bu məsələyə qeyd etdiyim nöqteyi-nəzərdən yanaşmalı, işğal altında saxladıqları torpaqları azad etməlidir. Yalnız bundan sonra Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində status verilə, bütün kommunikasiyalar bərpa oluna bilər”.
Xatırladaq ki, QDİƏT Parlament Assambleyasının 39-cu plenar sessiyasında Azərbaycan Milli Məclisinin üç nəfərlik nümayəndə heyəti iştirak edir.

Bu xəbər oxucular tərəfindən 1305 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |