17.10.2011 [11:36] - Gündəm
Azərbaycan tibb elminə ağır itki üz verib. Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Nurəddin Rzayev 82 yaşında vəfat edib.
N. Rzayev 1929-cu il iyun ayının 26-da Azərbaycanın Gədəbəy rayonunda anadan olub. Orta məktəbi qızıl medalla bitirdikdən sonra 1945-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
1955-ci ildə Tibb İnstitutunu bitirən N. Rzayev Türkmənistana gedib. 4 il Türkmənistanda işlədikdən sonra Bakıya qayıdaraq cərrahlıq və elmi fəaliyyətlə məşğul olub. 1956-cı ildən başlayaraq cərrahlıqla yanaşı N. Rzayev anesteziologiya və reanimatologiya məsələləri ilə də məşğul olub. Həmin il respublikada birinci olaraq traxeya daxili narkozu tətbiq edib və ilk anestezioloqlar qrupunu hazırlayıb.
1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Eksperimental Klinik Təbabət İnstitutunda elmi katib, 1964-cü ildən isə direktor kimi fəaliyyətini davam etdirib. 1978-ci ildə institutun bazasında Azərbaycan Tibb İnstitutunun ikinci ümumi cərrahlıq kafedrası açılıb və 1992-ci ilə qədər professor N. Rzayev həmin kafedraya rəhbərlik edib.
1994-1996-cı illərdə Xəzər Universitetində elmi işlər üzrə direktor müavini və cərrahlıq kafedrasının müdiri olub. Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının professoru və Azərbaycan Ali Diplomatiya kollecində «Türkoloji araşdırma mərkəzi»nin müdiri kimi çalışıb.

Bu xəbər oxucular tərəfindən 1410 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |