24.05.2012 [11:32] - DAVAMın yazıları
Şakir Ulubey
Bir əsrdə iki dəfə eyni ideyalı güclərin savaşı Azərbaycana,çox sayda insan itkisi, böyük ərazi,sərvətlərin itirilməsi ilə başa gəldi və biz Avropanın ən inkişaf etmiş millətləri ilə eyni səviyyədə dayanmaq intelektinə malik xalq, on illəri itirmiş olduq.
İlk baxışda eyni bir xalqın müxtəlif ideyalara sahib olması və digər siyasi dünyagörüşlərin də öz xalqının demokratik düşüncələrinə müsbət təsirini yüksək qiymətləndirmək olar.
Lakin?
Əgər bu ideya tərəfdarları bir-birini qəbul edib,biri hakmiyyətdə digəri isə müxalifətdə olub,demokratik seçki vasitəsi ilə öz hakimiyyətlərinin təmin olunmasında maraqlı olsa idi çox böyük bir siyaysi inkişafa nail ola bilər və cəmiyyətimiz də öz fəallığları ilə bu ideyaların daha da inkişaf elətdirib,biri milli sağ mərkəzçi,digəri isə sosial demokratik düşncəyə sahib siyasi istiqamət müəyyənləşdirərdilər.
Əfsus.
Əfssular olsun ki,Rəsulzadə və Nərimanov necə iyirminci əsrin əvvəlində dövlət və millət naminə ortaq bir düşncəyə sahib olub Azərbaycanın müstəqiliyni qoruya bilmədilər.Əsrin sonuna yaxın isə Elçibəy, Əliyev ilə bu dövlətçi və milli düşncəini bir araya gətirə bilmədiklərinə görə Azərbaycan uduzdu və bu məğlubiyyət davam edir və istənilən anda qeyri demokratik hakimiyyət dəyişikliyi daha böyük itkilətlər ilə müşayət oluna bilər
Bu gün bu iki barışmaz ideyanın tərəfdarları xalqı da iki tərəfə bölərək mübarizə aparırlar.
Lakin həm əsrin əvvələrində Rəsulazadənin uzatdığı əlin, Nərimanov və onun tərəfdarları olan anti Türk bolşeviklər tərəfindən dibdən kəsildiyini bilirik.
Əsrin doxsanıncı illərində,hamımızın şahidliyi ilə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin,dövlətçilk naminə uzatdığı əlin nəinki dibindən kəsildiyi hətda əlin sahibinin siyasi məhfinə qərar verildiyini gördük. Özün qalib hesab edib bayram edənlər sanki bir düşmənə qalib gəlmişlər kimi bütün milli ideya tərəfdarlarının məhfinə qərar verdilər. Iyirminci ildən sonra başlanan represiya, 1993 ildən sonra başlanan represiyalardan heç nə ilə fərqlənmədi.
Nəzəri baxımdan eyni bir xalqa mənsub olan bu iki ideya tərəfdarları nə üçün hakimiyyətə yiyələnmək üçün bu qədər qəddarlığa rəvac verirlər.
Axı ortada Azərbaycan mənafeyi varsa nə üçün bu ideya tərəfdarları bir-birinin qanını içməyə qədər qəddarlığa malkidirlər.
Burda çox dolaşıq məsələlər var.Sanki həqiqətiin üzərinə çox qalın bir qara pərdə çəkilib və bizim gözlə gördüklərimizdən əlavə çox gizli mətləblər var. Mən onların nə olduğunu dəqiq bilməsəmdə bəzi gümanlar edə bilərəm.
Bolşevik-kommunist-yap tərəfadarları Rusiya dövlətinə bağlı,ruisiyanın daima himayəsinə sığınmış və ondan heç vəclə ayrılmağı ağıllarına gətirməyən,müxtəlif etnik qrupa aid hətda anti türk düşncəyə üstünlük verən bir tərkibə malikdir.Onlar necə ki,Azərbaycanı Çar Rusiyası,sonra isə Sovet imperiyası tərkibində görürdülər,indi isə MDB-nin tərkibində öz hakimiyyətlərini qoruyub saxlayır və bir başa rus prezidenti tərəfindən himayə ediirlər.Deməli bu kəsim,hakimiyyəti qorumaq üçün müstəqill olmayan bir Azərbaycanı,hətda bu qədər torpağı işğal edilibsədə belə yenə də Rusiyanın yanında görür və hadisələrin gedişi isə Rusiyada hakimiyyətin güclənməsi ilə daha da sıx əməkdaşlıq etməklə öz hakimiyyətlərini hələ uzun müddət qorumaq fikrindədirlər.
Onlar Ermənistan hakimiyyəti ilə də doğma tərəfdaş kimi münasibət qurduqları halda, tam müstəil Azərbaycan görmək istəyən Rəsulzadə ideyasının tərəfdarları ilə hər hansı bir dioloqa getməyə özlərinə sığışdırmırlar.
Hətda mən deyərdim ki,bu günə qədər, müstəqillik elementlərinin,Demokratik Cumhuriyyətə aid əsərlərin,və Rəsulzadəyə və onun silahdaşlarına olan kəskin nifrəti,hakimiyyətin bu ideya tərəfdarları ilə hər hansı bir razılığa gəlməsi məsələsini qeyri mümkün hesb edilə bilər.
Nəzərə çatdırmaq istəyirəm ki, bu məfkurəyə sahib Azərbaycanın siyasi həyatında fəaliyyət göstərən yalnız Musavat partiyası deyil,ona qədər partiya var ki, Rəsulzadəni özlərinə milli lider hesab edirlər.Eləcədə Bozqurdlar da yarandığı gündən Türk millətçi ideyasını,Rəsulzadənin milli məfkurəyə aid fikirlərini fəaliyyətinin ana xətdinə çevirmişlər.
Dahi Rəsulzadənin bu iyirmi il ərzində,şəhərin körkəmli bir yerində büstünün qoyulmaması isə bu nifərtin bariz nümunəsidir. Çünki onlar özlərini musavat ideyasına,Rəsulzadə ənələrinə nifrət bəsləyən,kommunistlərin sələfləri kimi müstəqillik banilərinin varlığını unutdurmaq kimi eybəcə bir xülyaya düşüblər. Demokratik Cümhuriyyətin bu gün üzdə olan bayraq,gerb,himn kimi dövlət rəmzlərindən yalnız öz hakimiyyətlərinə uyğin istifadə edirlər,görsənir ki,onların bundan imtina etmələri də mümkündür.
Biz bir qədər daha aydın olsun deyə bu ideyaların alt yapısını çızməliyik ki,hər bir vətədaşa aydın olsun bu qüvvələrin nə istədiyini.
Bu gün ki, hakimiyyətin bütün anti xalq siyasəti göz qabağındadır və onların hakimiyyətdə qalmağı artıq Azərbaycan üçün təhlükəlidir. Getdikcən avtoritarizmə yuvarlanan bu kommunist sələflər,insan haqları,demokratiya,mətbuat azadlığı,sərbəst toplaşmaq azadlığı kimi təbii insan haqlarını Azərbaycan vətəndaşı üçün tanımır. Vətəndaş Cəmiyyətinin elementar qaydalarına riayət etməyən hakimiyyət,nəinki adi vətəndaşın,hətda hakimiyyətə iddialı olan siyasi qüvvələrə və Azərbaycan xalqına qarşı represiya siyasətini aparmaqdan belə çəkinmir və bütün dünyanın təzyiqləri qabağında öz avtoritar mahiyyətindən bir addım belə geri çəkilmir.
Güvəndiyi Rusiya imperiyasının bütün istək və arzularının yerinə yetirməyə can başla razı olan bu iqtidar,hakimiyyəti qorumaq üçün hər bir şərtərazı ola bilər. Bu razılığın tərkibində işğal olunmuş torpaqların azad edilməsinin vaxtını uzadılması daxildir.
Bu hakİmiyyət öz siyasi fəaliyyəti ilə və siyasi düşüncəsi ilə bir başa Demokratik Cumhuriyyətin deyil,Sovet Azərbaycanının varisi olduğunu subut edir.
Artıq burda ideya müxtəlifliyi deyil,müstəqillik və ya müstəmləkə senarilərinə xidmət edən siyasi güclərin rəqabətindən danışılmalıdr.
Dünyada gedən demokratik proseslərə,əks cəbhə açmış Rusiya və Çin kimi kommunist hakimiyyətlərin davamçıları,heç də öz bolşevik cəfəngiyatlarından çəkinmədiklərini bəyan edirlər.
Azərbaycan da,hakmiyyət uğrunda mübarizə iki qüvvə arasında gedir. Demokratik islahatlar, müstəqilllik, tərəfdarları olan RƏSULZADƏNİN davamçıları olan milli məgkurə sahibləri ilə demokratiyaya qarşı çıxan,anti xalq hakimiyyəti tərəfdarlarının mübarizəsi.
İlk baxışda hakimiyyət güclü təsir bağışlayır,əllərində olan külli maliyyə vəsaiti,yüzlərlə təbliğat vasitələri,dövlətin iqtisadi resursları,dövlət aparatının çox minlik ordusu,daxili işlər,müdafiə,və digər nazirliklərin imkanları belə bu hakimiyyətin nə qədər miskin vəziyyətdə olmasını göz önünə gətirir
İDAYANIZ İFLASA UĞRAYIB KOMMUNİST VARİSLƏR.
Deyiləcək fikirlər deyilib,və həyata keçiilib alınan nəticə isə acınacaqlıdır.Məğlubiyyət,və acınacaqlı həyat tərzi,dünyanın gözündə isə korrupsiya bataqlığında batmağa başlayan süni işığlarla parıltılı diktatura rejimi.
Əks tərəfdə isə eyni bir məfkurənin tərəfdarları,başlarının üzərindən Rəsulzadənın portretlərini asmış liderlərin bir –birinə qarşı ittihamlarından yaranmış bölücü bir səhnə. Hər bir lider,partiyasının məramnaməsində yazdığı və qurultayda təsdiq etdiyi yolumuz Rəsulzadə yoludur,məfkurəmiz millidir bəndlərini bir tərəfə qoyub şəxsi iddialrının əsirinə çevriliblər.
Əgər nəzərə alsaq ki,Azərbaycanın bir dahi Rəsulzadəsi var və hər birimiz özümümüzü onun davamçısı hesab ediriksə,bəs hanı bu siyasi təşkilatların birliyi.
Bir–birini qəbul etməyən liderlər,Rəsulzadəni ki,qəbul edirsiniz,onun ideyasını,milli məfkurəni qəbul edirsinizsə,niyə bu ittihamları kənar qoyub bu kommunistlərin sələflərinə qarşı mübarizə aparmırsınız.
Məgər insanın şəxsi iddiası onun ideyasından,məfkurəsindən üstün ola bilərmi.
Məgər Azərbaycan dövlətinin müstəqilliyi, bizim hər birimizin şəxsi eqoizminzdən yüksəkdə dayanmırmı.?
Öz liderini Rəsulzadənin timsalında görən partiya və təşkilatlar və ziyalı ordusu bundan da yüksək bir ideya ortaya qoya bilərmi.
Azərbaycan Türkləri xilas olmaq,müstəqiliyi qorumaq,torpaqları işğaldan azd etmək və demokratik cəmiyyət yaratmaq istəyirlərsə bir liderin milli düşncələrindən bəhrələnib mübarizəyə qoşulmalıdırlar.
Rəsulzadənun liderlyi ilə bu mübarizənin təməlini qurmaq olar və bizə qarşı dayanmış düşmən güclərə qalib gəlmək olar. Dövlət müstəqilliyi yalnız bir siyasi liderin rəhbərliyi altında mübarizəyə qoşulan onlarla partiay və təşkilatın gücü ilə qoruna bilər.Bu gün Rəsulzadə ideyaları bizi qəlbəyə apaan yeganə ideyadır.
Bu gün ki, siyasi mübarizənin sadə bir distutru budur. On minlərlə vətəndaşımızı bu mübarizəyə ayrı-ayrı lidelərə pərəstiş etməklə qoşulmağa həvəsləndirə bilmərik,bir milli ideya və bir milli liderin rəhbərliyi ilə bu avtoritar rejimə qalib gəlmək olar.
BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ.

Bu xəbər oxucular tərəfindən 1509 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |