24.05.2012 [12:14] - Güney Azərbaycan xəbərləri
İraqın paytaxtı Bağdadda İranla 5+1 ölkələri arasında nüvə danışıqları bu gün də davam etdiriləcək. Danışıqların birinci günündə diplomatlar heç bir razılığa gələ bilməyiblər. Avropa Birliyinin nümayəndələri İrana nüvə silahının hazırlanmasında istifadə edilə biləcək zənginləşdirilmiş uran istehsalını dayandırmaq təklif olunur. İran isə uran zənginləşdirilməsinin onun hüququ olduğunu və nüvə proqramının dinc məqsəd daşıdığını bəyan edir.
BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın nümayəndələri dünənki görüşdə İrana köhnə və yeni təkliflər paketi təqdim edib. İranın rəsmi kütləvi-informasiya vasitələri bu təklifi "balanslaşdırılmamış" adlandırıb və Tehranın da cavab təklifləri ilə çıxış etdiyini bildirir. 5 bənddən ibarət olan bu təkliflərin nə olduğu isə açıqlanmır. İranla 5+1 ölkələri arasında danışıqların məqsədi BMT ekspertlərinin İranın nüvə obyektlərinə buraxılmasına və uran zənginləşdirilməsini dayandırmasına nail olmaqdır.
İran isə, öz növbəsində, öz iqtisadiyyatına mənfi təsir göstərən beynəlxalq sanksiyaların ləğv edilməsinə çalışır. Amerika Birləşmiş Ştatlarının dövlət departamentinin mətbuat katibi Viktoriya Nuland bildirib ki, İrana edilmiş təkliflər nüvə probleminin tezliklə həllinə və sanksiyaların tədricən, mərhələlər üzrə ləğvinə yönəlib. Onun sözlərinə görə, bu yanaşma «yalnız İranın da öz addımlarını atacağı halda» gerçəkləşdiriləcək.
Bu arada, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano bildirib ki, İranla ziddiyyətlərin qalmasına baxmayaraq, onun nüvə proqramı ilə bağlı əməkdaşlığa dair saziş bu yaxınlarda imzalanmalıdır.

Bu xəbər oxucular tərəfindən 925 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |