24.05.2012 [12:47] - Güney Azərbaycan xəbərləri
Təbrizdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları Məhəmməd İskəndərzadənin qardaşı evində axtarış aparıblar.Mayın 22-də (xordadın 2-də) aparılan axtarış zamanı bir sıra şəxsi əşya və kompüter zəbt olunub. Məmurlar evi xüsusi diqqətlə yoxlayıblar. Keçmişdəki təcrübələrə görə, məmurlar İskəndərzadəyə dosye düzəltmək üçün saxta faktlar əldə etmək istəyirlər.Məmurlar adını çəkdiyimiz azərbaycanlı fəalın ailəsinə bu xəbərin yayılmaması ilə bağlı xəbərdarlıq da ediblər.Bir neçə gün öncə (21 may , 1 xordad) yürüşlərinin keçirildiyi gün tutuqlanan Məhəmməd İskəndərzadənin tutuqlanma səbəbi və yaxalandığı yer barədə heç bir məlumat verilmir.
Bu xəbər oxucular tərəfindən 1197 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |