24.05.2012 [12:54] - DAVAMın yazıları
Elnur Eltürk
Əgər bir millərin ziyalısı susarsa, bütöv bir millətin susması deməkdir. Hər bir millətin milli oyanışında ziyalıların böyük rolu olur. Ziyalı katalizator funksiyasını yerinə yetirir.
Ziyalı yeni yol, yeni düşüncə deməkdir. Ziyalısı və əsl ziyası olmayan millətin gələcəyi yoxdur. Olması da mümkün deyil. Qısa desək, ziyalı ziya və qaranlığa işıq saçan, aydınlıq deməkdir.
Avropanın bugünkü səviyyəyə çatmasında onun vətənpərvər ziyalılarının böyük rolu olub. Şeksprin qələmindən İngiltərə, Hüqonun əsərlərindən isə bugünkü Fransa yarandı. XIX əsr Azərbaycan maarifçi ziyalılarının ədəbi ideoloji baxışlarından 1918-ci ildə Demokratik Azərbaycan çümhuriyyəti meydana gəldi. Yəni cəmiyyətdə baş verən siyasi-ictimai və sosial, mədəni dəyişikliklərdə ziyalıların ortaya qoyduğu dolğun və düzgün tənqidi baxışlar böyük önəm kəsb edir. Belə bir deyim var ki, almanlar öncə ədəbiyyatda, şeirdə birləşdilər, sonra isə siyasi-coğrafiyada. Parçalanmış millətin birləşmə konsepsiyasını ilkin olaraq formalaşdıran və aparan yol budur.
Bax, bu gün mən ziyalılarımızdan elə bir dəli hayqırtı istəyirəm ki, bu hayqırtının səsi Təbrizdə, bütövlükdə Güneydə eşidilsin. Onda deyərəm ki, budur ziyalılarımızın gerçək gücü. Axı ziyalılarımız millətin əli silahsız əsgərləri olduqlarını unutmamalıdırlar. Stalin bütün ziyalı ordusunu cəbhə bölgəsinə göndərmişdi ki, sovet əsgərlərini faşizmə qarşı qaldıra bilsin və informasiya savaşında bu məsələyə xüsusi önəm verirdi.
çox təəssüf ki, bizim ziyalılarımızın, Rüstəm İbrahimbəyovun sözü ilə desək, ziyası yoxdur. Bunu təəssüflə qeyd edirəm və üzülürəm. Mən söhbəti iqtidar-müxalifət müstəvisinə çəkməyəcəm.
Bu gün Güney Azərbaycanın Milli Hərəkatı ayaqdadır və dimdik, məğrurla öz haqqına sahib olmaq üçün fars şovinizmi üzərinə yürüməkdədir. Azərbaycan ziyalılarından isə heç bir səs-səmir yoxdur. Amma Anar və Seymur Baycan arasında olan mənasız və xalqımız üçün heç bir əhəmiyyət kəsb etməyən məsələ az qala millətin ümummilli məsələsinə qədər gəlib çatmışdı. Bəzi ziyalılarımız gündəmə gəlmək üçün özlərini reklam edərək, bir-birilərini təndiq edirlər ki, hamı onlardan danışsın, media onları gündəmə gətirsin və s.
Hanı o hay-küylə bəyanat verən ziyalılarımızın səsi?! Olmaz ki, 50-100 ziyalımız bir araya gəlib dünya ictimaiyyətinə müraciət edələr ki, Güneydə nələr yaşanır və beynəlxalq ictimaiyyətə məktublar ünvanlayıb, Güneyin səsinə səs verələr?!
Onlar yoxsa mərhum Rafiq Tağının başına gələnlərdənmi qorxurlar?! Keçən günlərdə Almaniyada yaşayan jurnalist Fəxrəddin Hacıbəyli mənimlə söhbətində maraqlı fikir bildirdi ki, Rafiq Tağının öldürülməsinin acı nəticəsi ən çox ziyalılarımıza təsir edib. Bu hadisədən sonra onlar İran haqqında danışarkən ehtiyatlanmağa başlayıblar. Onu da əlavə edib ki, ölkəmizin cəsarətli ziyalıları var, amma çox təəssüf ki, onlar azlıq təşkil edirlər.
Ziyalı qorxdusa, deməli, o, ziyalı deyil və onu ziyalı adlandırmağın özü belə zəlillikdir. Bu gün xalqımız ümummilli məsələlərdə ziyalılarından birlik gözləyir.

Bu xəbər oxucular tərəfindən 1253 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |