24.05.2012 [13:00] - Güney Azərbaycan xəbərləri
Mayin 21-i Milli Qiyamın ildönümündə keçirilən etiraz yürüşləri zamanı daha iki soydaşımızın tutuqlandığı bildirildi.Məlumata görə, Mehrdad Cəlalifərd və Saman Həbəşyani Urmu şəhərində tutuqlanıb və naməlum istiqamətə aparılıb.Adını çəkdiyimiz hər iki soydaşımız öyrəncidir. Öyrənci fəal Cəlalifərd “Günəş” öyrənci dərgisinin müdir-məsuludur. Həbəşyani isə kimya üzrə təhsil alır və öyrənci fəallarımızdan biridir.Bu arada Təbrizdə tutuqlandığı bildirilən azərbaycanlı fəal Qadir Novruzinin tutuqlanma xəbəri təkzib edilib.
Bu xəbər oxucular tərəfindən 1266 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |