24.05.2012 [13:06] - Güney Azərbaycan xəbərləri
Mayın 21-də keçirilən kütləvi etirazlar zamanı Təbrizdə ekiz qardaşların tutuqlandığı barədə məlumat yayılıb.Öyrənci qardaşlar Bəhram və Behnam Cəfəri saat 19 radələrində Rasta küçədə yaxalanıb və 16-cı polis məntəqəsinə sonra isə Saib məhəlləsinin Polis idarəsinin təhlükəsizlik bölümünə aparılıblar.“21 may” yürüşündə tutuqlanan soydaşlarımızın əksəriyyətinin azad edilməsinə baxmayaraq, adını çəkdiyimiz qardaşlar hələdə azad edilməyib və təhlükəsizlik qüvvələri onlarla bağlı hərhansı məlumat verməkdən imtina edirlər.
Bu xəbər oxucular tərəfindən 1691 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |