24.05.2012 [13:12] - Gündəm
Mayın 22-dən başlayaraq İran tərəfi Bakıdan Naxçıvana və Naxçıvandan Azərbaycana gedən yük maşınlarını ərazisinə buraxmır.
Bu barədə Turan-a hazırda sərhəddə gözləyən yük avtomobillərindən birinin sürücüsü bildirib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin növbətçi hissəsindən faktı təsdiq ediblər. Növbətçinin sözlərinə görə, İran tərəfi sərnişin avtobuslarını ərazisinə buraxır. Yalnız yük daşıyan avtomobillər İran tərəfindən buraxılmır və səbəbi də izah edilmir.
Hazırda sərhəddə onlarla avtomobil qalıb.
Xatırladaq ki, mayın 21-də İran Azərbaycandakı səfirini Tehrana çağırıb. Son günlər hər iki tərəf qarşılıqlı kəskin bəyanatlarla çıxış edir.

Bu xəbər oxucular tərəfindən 1213 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |