Şrift:
Ehud Barak İranın nüvə məsələsində İsrailin tələblərini açıqlayıb
24.05.2012 [13:17] - Siyasət
Nüvə proqramı ilə bağlı razılaşmaların əldə edilməsinə hazır olduğunu bildirən İran Qərbi ələ salır.Bunu İsrail müdafiə naziri Ehud Barak Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) icraçı direktoru Yukiya Amanonun İranla bağlı açıqlamasına cavab olaraq deyib.O bildirib ki, İran “altılıq” ölkələri ilə keçiriləcək Bağdad görüşü öncəsi müxtəlif açıqlamalar verməklə Tehrana qarşı təzyiqlərin azaldılmasına çalışır: “İran rəsmiləri nüvə proqramı ilə bağlı aparılan müzakirələrin guya müsbət nəticə verdiyini göstərmək üçün müəyyən texniki razılaşmalara və sanksiyaların (təhrimlərin) tətbiq edilməsinin təxirə salınmasına çalışır”. E. Barak əlavə edib ki, İsrailin İranın nüvə fəaliyyəti ilə bağlı tələbi dəyişməz qalır: “Biz, İranın uranı zənginləşdirməsini tamamən dayandırmasını və zənginləşdirilən uranın ölkədən çıxarılmasını tələb edirik. Hətta İranın zənginləşdirilən uranın bir miqdarını saxlamaq haqqı varsa, ondan ciddi nəzarət altında istifadə etməlidir”.
Bu xəbər oxucular tərəfindən 1387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed