Şrift:
Güneydə 21 may aksiyasında həbs olunan milli fəalların daha 9 nəfərin adları məlum oldu
24.05.2012 [13:53] - Güney Azərbaycan xəbərləri
Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeydliyinə etiraz olaraq Təbrizdə və Urmiyada keçirilən etiraz aksiyalarına görə tutulan daha 9 nəfər azərbaycanlının kimliyi bəlli olub.

ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları mayın 21-də azərbaycanlı fəallar Məhəmməd İsgəndərzadə, Həsən Mirzəxani, Əkbər Gülməhəmmədi, Behnam Cəfəri, Bəhram Cəfəri və Əli Əsğərini tutub bilinməz istiqamətə aparıblar.

Urmiya şəhərində isə fəallar Ramin Azərmi, Mehrdad Calali Fərd, Saman Həbəşibani və Muctaba Nuri tutulub. Onların harada saxlandığı bilinmir.

Mayın 21-də İranın Təbriz, Urmiya, Miyana və Mərənd şəhərlərində Urmiya gölünün müdafiəsinə yönəlmiş kütləvi etiraz aksiyaları keçirilib. “Yaşasın Azərbaycan”, “Urmu gölü can verir, dövlət onun qətlinə fərman verir” və digər şüarlar səsləndirən aksiya iştirakçıları gölə gələn çaylar üzərindəki bəndlərin götürülməsini, gölün qurumasına qarşı tədbirlər həyata keçirilməsini tələb ediblər.

Təbriz və Urmiya etirazlarında aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. Hökumət qüvvələri ilə yaranmış qarşıdurmalarda 100-dən çox azərbaycanlı fəal saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 1275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed