Şrift:
Əli Kərimlidən Xamneyiyə dəstək bəyanatı!!!
24.05.2012 [14:19] - Gündəm
Vaxtilə Azərbaycanın müstəqilliyi, Azərbaycan türklərinin birliyi və bütövlüyü uğrunda mücadilə aparan, milli hədəfləri bütün siyasi maraqlardan üstün tutan bir böyük İstiqlal mücahidinin – Əbülfəz Elçibəyin rəhbərlik etdiyi təşkilatın adından özgə heç bir məramına sahiblənə bilməyən Əli Kərimli Azərbaycan dövlətçliyinin mövcudluğuna qənim kəsilən İran mollalarına qahmar çıxmaqla növbəti dəfə öz gerçək simasını hər kəsin gözü önünə sərgiləyib.
İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çıxış edən Əli Kərimli deyib ki, «İranda milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burda bu şəkildə tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil».
O bildirib ki, İranla Azərbaycan arasında əlaqələrin gərginləşməsi onu narahat edir: «Azərbaycanla İran arasında obyektiv problemlər var. Unutmaq lazım deyil ki, İran əhalisinin böyük hissəsi, 40 faizdən çoxu türklərdir. Bunu İran rəsmiləri özləri bəyan edib».
Əli Kərimli Xəzərin dibinin bölünməsi məsələsində də narazılıqlar olduğunu deyib: «İctimai Palata Azərbaycanın gələcəyini Avropa ailəsində görsə də, İran və Rusiya ilə də əlaqələrimizin normal olmasını istəyirik».
Əli Kərimli son vaxtlar münasibətlərin süni şəkildə gərginləşdirilməsi cəhdlərinin artdığını vurğulayıb: «Münasibətlərin gərginləşməsi heç bir ölkənin xeyrinə deyil. Şəxsi məsələlərlə bağlı iki ölkə arasında gərginlik yaradılması da düzgün deyil».
…Adam özünü birdəfəlik bitirdi və sübuta yetirdi ki, onun üçün müqəddəs sayıla biləcək heç bir dəyər yoxdur. İstənilən anda Azərbaycanın varlığına qənim kəsilə biləcək qüvvələrin himayəsinə sığına, siyasi maraqlarının təmin olunması naminə ən ağır şərtlərin altına girə bilər.
Doğrusu, azacıq siyasi düşüncəsi, dünyagörüşü və kiçicik, hətta iynə ucu böyüklükdə milli təəssübkeşlik hissi olan bir kimsənin Əli Kərimlinin dediklərinə pozitiv rəng, yaxud şərh verəcəyini ağıla gətirmək belə mümkün deyil. Adını siyasətçi qoyan bu adam zatən öz şərhini özü verib.
Bütün dünyanın İranın teokratik rejimini tənqid atəşkinə tutduğu, burada insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu dilə gətirdiyi bir zamanda Əli Kərimli «milyonların qəbul etdiyi din xadimi»nin müdafiəsinə qalxır. Azərbaycanın və dünyanın əksər mətbuat orqanları İran adlanan dövlətin sərhədləri çərçivəsində yaşayan insanların teokratik rejimin girovuna çevrildiyindən, bu rejimdən qurtulmaq üçün ölüm-dirim mücadiləsi apardığından yazır, Əli Kərimli isə din pərdəsi altında gizlənərək öz vətəndaşlarına zülm edən, 35 milyonluq Azərbaycan türkünün haqqını tanımayan faşist idarəçiliyinə, onun Azərbaycan Respublikasına qarşı yürütdüyü iyrənc siyasətə haqq qazandırır.
Maraqlıdır, görəsən Əli Kərimli indi müdafiəsinə qalxdığı «din xadimi»nin nəzarətində olan qəzetlərdə Azərbaycan türkləri tarakana bənzədiləndə nə üçün susurdu?
Əli Kərimli insanların dini təəssübkeşlik hisslərinə bu qədər sayğıyla yanaşırdısa, o zaman Peyğəmbərimiz haqqında ayrı-ayrı Qərb ölkələrinin mətbuat orqanlarında karikaturalar yayımlananda, Qurani-Kərim yandırılanda, İraqın işğal olunması nəticəsində yüzminlərlə günahsız insan qətlə yetiriləndə, öz ev-eşiyindən didərgin düşəndə nədən ağzına su alırdı? Görəsən Əli Kərimlinin hər gün söydüyü və söydürdüyü Bəşər Əsədlə İranın mövcud rejiminə rəhbərlik edən şəxslərin fərqi nədədir?
Az qala hər gün İran rəsmiləri Azərbaycan xalqının ünvanına təhqir və hədələr yağdırır, fars rejimi Xəzər dənizindən əlavə pay istəyir, yəni faktiki olaraq Azərbaycan Respublikasına qarşı ərazi iddialarıyla çıxış edir, Əli Kərimli isə deyir ki, Azərbaycanla İran arasında Xəzər məsələsində sadəcə narazılıqlar var…
Adama nə deyəsən… Soruşasan ki, ay özünü siaysətçi adlandıran şəxs sən necə Qərb dövlət modelinin, hüquqi dəyərlər sisteminin tərəfdarısan ki, hər addımında misli görünməmiş cinayətlərə imza atan, beynəlxalq hüquqa, insan haqlarına meydan oxuyan bir sistemə dini rəng verən insanların müdafiəçisi rolunda çıxış edirsən?
Adam bir tərəfdən deyir ki, Azərbaycan hakimiyyətinin balanslaşdırılmış xarici siyasəti iflasa uğrayıb, o biri tərəfdən də təmsil olunduğu qurumun Qərbə inteqrasiya ilə yanaşı Rusiya və İranla münasibətləri də normal səviyyədə olmasını istədiyini bildirir.
Adamın siyasi dünyagörüşündə 1, uzaqbaşı 2, cəhənnəmə lap 3 ziddiyyət olar, daha bu qədər də yox!
Bu xəbər oxucular tərəfindən 1595 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed