26.09.2017 [10:12] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisdə məsuliyyət tələb edən hüquqi normalar qəbul oluna bilər
Fərəc Quliyev: “Şaumyan və “26-lar” bizə daha ağır zərbələr vurublar, nəinki Andranik”
Tahir Kərimli: “Xalqımıza qarşı cinayət törədənlərlə həmrəylik etmək cinayət və inzibati məsuliyyətə səbəb olacaq”
Ötən həftənin ən səs-küylü hadisələrindən biri də bir qrup adamın Suraxanıda yerləşən “26 Bakı Komissarı”nın qəbirlərini ziyarət etməsi oldu. Məsələ ətrafında gedən müzakirələr səngimək bilmir. Ziyarətçilər ən sərt şəkildə tənqid olunur, qınaqlara məruz qalırlar. Onların cəzalandırılması da tələb olunur.
İctimaiyyətin etirazlarından ibrət dərsi götürməli olduqları halda “26 Bakı Komissarı”nın məzarlarını ziyarət edənlər həyasızcasına özlərinə haqq qazandırmağa cəhd edirlər. Bunu onların sosial şəbəkələrdə paylaşdıqları statuslarda görmək olmur. Ziyarətçilərdən Ədalət Abdinov adlı birisi öz facebook səhifəsində onun haqqında sərt formada yazılar dərc edən, tanınmış simaların etirazlarını cəmiyyətə təqdim edən mətbuat orqanlarını təhqir edir. Statusunda özü ağılda olan azsaylı şəxslər isə onun dediklərinə dəstək verirlər.
Bütün bunlar xainlərin açıq şəkildə fəallaşdıqlarını göstərir. Bu “cəsarət”in onlarda qəflətən üzə çıxmasının təsadüf olmadığı bildirilir. Hər halda onların Azərbaycanın yenidən Rusiyanın tərkibinə keçməsini utanmadan dilə gətirmələri çox şeyin sübutudur. Aidiyyatı qurumların bu məsələdəki susqunları suallar doğurur.
Ana Vətən Partiyasının sədri, hüquqşünas deputat Tahir Kərimli “Yeni Müsavat”a açıqlamasında bu tipli xainlərin cəzalandırılmasının vacibliyini vurğuladı: “Çox təəssüflə qeyd etmək istəyirəm ki, bizim xalq çox unutqan xalqdır. Yaxşı yadımdadır, 1991-ci ildə İsmayıllıda şəhid heykəlinin açılışında bir misal çəkmişdim ki, o xalq kı yaddaşını itirib, tarixini də itirib. Biz o qədər unutqan xalqıq ki, asanlıqla unutduq ki, İrəvanda deyil, məhz Bakıda bir erməni bizim milli dövlətin ordu generalı olan müdafiə nazirimiz Səməd bəy Mehmandarova küçə süpürtdürüb. Dəhşətli hal da odur ki, Mehmandarovu söyürdülər, küçədə lağa qoyurdular, pis sözlər deyirdilər. O hadisələrdən sonra ermənilərlə nə qədər dostluq əlaqələri qurduq. Şaumyanın Leninə göndərdiyi “heç bir halda Bakını türklərə vermək olmaz, bunlar Bakını paytaxt etmək istəyir” teleqramını necə unutmaq olar? “26 Bakı Komissarı”na baxanda görürsən ki, cəmi iki müsəlman var. Biz nə vaxta kimi yadellilərə itaət edəcəyik? Biz bilirik ki, Şaumyan kommunist olsa da, daşnak ideyalarını həyata keçirib. Məhz o rəhbərliyi ilə Bakı, Şamaxı, Quba və digər yerlərdə qırğınlar olub. Belə bir düşmənə necə pərəstiş etmək olar? Biz həmin xalqıq ki, Şaumyanın qarşısında komsomol olmuşuq, partiyaya keçmişik. Biz genetik xəstəliyə tutulmuşuq. Bundan qurtulmaq lazımdır. Utanmaz-utanmaz deyirlər ki, onların xalqımıza qarşı günahları yoxdur. Türklərə bu qədər nifrət edənləri yad etməyin mənası nədir? Bir “26-lar” filmi çəkib, onların müsbət obrazlarını yaradıblarsa, belə də davam etməli deyilik ki. Siyasi-mənəvi cəhətdən bu ziyarət qınanmalıdır. Çünki bu insanlar nəinki peşmançılıq hissi duyurlar, şüurlarında qalan nökərçilik hissi ilə özlərinə bəraət qazandırmaq istəyirlər. Hüquqi cəhətdən bu məsələ bir qədər qəlizdir. Doğrudur, biz 1918-ci ilin mart qırğınını soyqırımı kimi elan etmişik. Soyqırımla bağlı o zamankı cinayətkar rejim barədə istintaq getmişdi. O istintaq materialları durur. Amma o zamankı soyqırımla bağlı məsuliyyət indi nəzərdə tutulmayıb. Məsələn, bəzi dövlətlər “erməni soyqırımı”nı qəbul etməyənlərə qarşı qanunvericilikdə nəzərdə tutulan cəzalar müəyyən ediblər. Amma biz də belə normalar yoxdur. Bir faktı deyim ki, biz artıq ötən ildən belə bir qanun layihəsi üzərində işləyirik. Genosid, xalqımızın başına istər keçmişdə istərsə də, indiki dövrdə gələn hadisələrlə bağlı məsuliyyət nəzərdə tutan sənəd Milli Məclisdə var. Komitə iclaslarında bunları müzakirə etmişik. Bu məsələni yenidən aktuallaşdırıb, məsuliyyət tələb edən hüquqi normalar tətbiq olunacaq. Yəqin ki, cinayət və inzibati məcəllələrə müvafiq dəyişikliklər ediləcək. Həmin zaman bu cür xalqımıza cinayət edənlərlə həmrəylik etmək cinayət və inzibati məsuliyyətə səbəb ola biləcək”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hər bir ideologiyanın simvolunun olduğunu söylədi: “Burada söhbət 26 nəfərin qəbrindən getmir, bu bir ideologiyanı cəmiyyətə həzm etdirməyə çalışmaqdır. Təbii ki, bunlar çox təhlükəli məsələlərdir. Belə məsələlərdə ictimai qınaq öz yerində olmalı, ciddi ölçü də götürülməlidir. Azərbaycan Xalq Cümhuriyyəti kimi milli dövləti devirən bir çetenin başında duran 26 nəfəri kiminsə simvol kimi qəbul etməsi o deməkdir ki, ölkəmizin müstəqilliyini əlindən almış düşmənlərlə bir yerdə onların xatirəsini əziz tutmaqdır. Bu dövlətə xəyanətdir. Bu gün əllərindən o gəlir onu edirlər, səhəri gün düşmən tərəf onlara başqa təkliflər edərsə, bunu reallaşdırmaq üçün addımlar atarlar. Biz belə təzyiqləri az görməmişik. Moskvada Volodin Milli Şura yaratdı. Onlar da müəyyən tədbirlər görmək istəyirdilər. Görünür, indi də xarici qüvvələr bir yoxlama əməliyyatı keçirirlər. Əhval-ruhiyyəni yoxlayırlar. Burada yaxşı çalışmayan məmurların da günahı var, burada Rusiyapərəst qüvvələrin istər müxalifət, istərsə də, iqtidarda olsun, əlləri var. Özlərini Rusiyanın təsirində hiss edirlər. Son zamanlar rus dilində danışanların sayı durmadan artır. Bunlar təsadüf deyil. Kompleks tədbirlər görülməlidir. İstər keçmişdə istərsə də, indi olsun, dövlətimizə, millətimizə qarşı çirkin niyyətlərini həyata keçirənlərə qarşı nifrət hissini aşılamaq çox vacibdir. Bu gün Andranikə kimsə bir qəbir düzəldəcəksə, bu çox qəzəblə qarşılanar. Amma bu gün Şaumyan və Andronikə qəbir düzəltmək arasında heç bir fərq yoxdur. Bəlkə də Şaumyan və “26-lar” bizə daha ağır zərbələr vurublar, nəinki Andranik. Andronik bir quldur dəstəsi ilə girib insanları öldürüb, amma “26-lar” Azərbaycanın müstəqilliyinə son qoyublar. Hansı tədbir Andranikin qəbrini düzəldənə atılardısa, həmin tədbirlər “26-lar”ın qəbrini salanlarla bağlı da görülməlidir. Bu gün faşizmin simvolunu kimsə əbədiləşdirmək istəsə, onun haqqında müəyyən ölçü götürülər. Bu da eyni bir mahiyyət daşıyır. Belə cəhdlərin qarşısı dərhal alınmalıdır. Milli Məclisdə bu məsələnin qaldırılmasını o qədər də vacib sanmıram. Çünki icra strukturları öz işlərini bilirlər. Azərbaycanın müstəqilliyinə qarşı atılan addımlarla bağlı həm Cinayət Məcəlləsində, həm də konstitusiyada bütün məsələlər təsbit olunub. Buna istinad edərək, müəyyən addımlar atılması üçün kifayət qədər əsaslar var. Bunu Milli Məclisdə qanun şəklində qaldırmaq yaxud təkrar müzakirəyə çıxarmağın məncə əhəmiyyəti yoxdur”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |