Şrift:
Daha bir güney azərbaycanlı fəalın həbs olunduğu bildirilir, Ruhullah Xani isə azadlığa buraxılıb
25.05.2012 [10:34] - Güney Azərbaycan xəbərləri
Mayın 21-i Güney Azərbaycanda keçirilən kütləvi etirazlar zamanı daha bir nəfərin tutulduğu xəbəri yayılıb.Məlumata görə, Təbrizdə öyrənci fəal Əli Əsğəri təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və naməlum istiqamətə aparılıb.Hələlik onun saxlanıldığı yer barədə heç bir məlumat yoxdur.Bu arada sözü gedən etiraz yürüşləri zamanı Güney Azərbaycanın Urmu şəhərində həbs olunan Ruhullah Xaninin azad edildiyi bildirilir. O, mülki vəsiqə qarşılığında Urmu şəhərinin müvəqqəti saxlanma təcridxanasından sərbəst buraxılıb.
Bu xəbər oxucular tərəfindən 1082 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed