Şrift:
Giləzidə 196 ədəd partlamamış hərbi sursat aşkar edilib
27.09.2017 [10:29] - Hadisə
Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.
ANAMA-dan verilən məlumata görə, sentyabrın 26-da yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 əkin sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 196 ədəd partlamamış hərbi sursat (PHS), 85 ədəd partlamış-yanmış mərmi qalıqları və 921 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 386 000 kv.m (38.60 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 31 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 35 əkin sahəsinə, 11 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 10 395 ədəd partlamamış hərbi sursat (PHS), 4 300 ədəd partlamış-yanmış sursat qalıqları və 18 396 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 39 616 088 kv.m (3 961.61 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed