Şrift:
Böyrəkləri sağlam saxlamaq üçün bu vərdişlərdən uzaq durun
28.09.2017 [09:30] - Gündəm, Sağlıq
Düzgün qidalanmamaq bir çox hallarda daxili orqanlarımızın zərər görməsi ilə nəticələnir. Bu mənada, ən çox əziyyət çəkən daxili orqanlardan biri də böyrəkdir.

Böyrəkləri sağlam saxlamaq üçün bir çox zərərli vərdişlərdən çəkinmək lazımdır:

1. Artıq protein qəbulu normadan çox ammonyak hasil edir. Böyrək isə bunu neytrallaşdırmaq üçün daha çox çalışır və tədricən gücdən düşür.

2. Duzdan çox istifadə etmək böyrək çatışmazlığına səbəb olur.

3. Dehidrasiya (bədənin həddən artıq su itirməsi) halı bədəni quru saxlamaq üçün böyrəyin funksiyasını dayandırır. Böyrək normal işləmək üçün suya ehtiyac duyur. Buna görə də gündə təqribən 10 stəkan su içmək lazımdır.

4. Kifayət qədər su qəbul etdiyinizi bilmək üçün sidiyinizin rənginə baxmalısınız. Sidiyin rəngi sarı olmalıdır. Sidiyin rəngindəki fərqliliklər bəzi xəstəliklərin olmasından xəbər verir. Sidiyin rəngi tünddürsə, deməli, lazımi qədər maye qəbul etməmisiniz, açıq sarıdırsa, əksinə, çox maye qəbul etdiyinizi göstərir.

5. Siqaret qan damarlarının daralmasına və sərtləşməsinə səbəb olur ki, bu da böyrəklər daxil olmaqla, bütün orqanların qanla təchiz olunmasına mənfi təsir edir.

6. Həddən artıq alkoqol qəbulu qanda sidik turşusunun səviyyəsini artırır. Bu da böyrəklərdəki boruların tutulmasına və daş yaranmasına səbəb olur.

7. Ağrıkəsici dərmanların qəbulu xüsusilə böyrəklərə zərər verə biləcək yan təsirlərə səbəb ola bilər.

8. Qan təzyiqi və diabetə görə qəbil edilən bəzi dərmanların düzgün dozada və miqdarda qəbul edilməməsi böyrək çatışmazlığına gətirib çıxara bilər.

9. B6 vitamininin azlığı böyrək daşı riskini artırır. Bu vitamin əsasən günəbaxan tumu, püstə, noxud, balıq və nişastalı tərəvəzlərdə olur.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed