Şrift:
Qar örtüyünün hündürlüyü Xınalıqda 13 sm olub
28.09.2017 [10:07] - Gündəm, Bildiriş
Sentyabrın 27-si gündüzdən 28-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 27-si gündüzdən 28-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Yağan intensiv yağış nəticəsində çaylarda sululuq artıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-19, Lənkəran-Astara zonasında 14-150, Böyük Qafqazda 7-59, Mərkəzi-Aran rayonlarında 7-19, Kiçik Qafqazda 3-18, Qazax-Gəncə zonasında 3-8 mm olub.

Qar örtüyünün hündürlüyü Qırızda 11, Xınalıqda 13, Şahdağda 5, Ləzədə 2 sm təşkil edib.
Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed