28.09.2017 [10:25] - Hadisə
Güclü yağış və fırtına İstanbulda şəhər təsərrüfatının idarə olunmasına ciddi əngəllər yaradıb.
Sentyabrın 27-də axşam saatlarında İstanbulun ayrı-ayrı rayonlarında güclü yağış yağıb. Şəhərin Sarıyer bölgəsinin bir sıra məhəllələrində güclü daşqınlar yaranıb. Bəzi yerlərdə yağış suyunun hündürlüyü minik maşınlarının boyuna çatıb. Uzun avtomobil tıxacları yaranıb. Yağıntının iş vaxtının sonuna düşməsi yollarda nəqliyyatın sıxlığını daha da artırıb. Güclü külək dənizdə fırtına ilə müşahidə olunub.
Sinoptiklərin proqnozuna görə, sentyabrın 29 və 30-da da güclü yağışlar gözlənilir.
Sabir Şahtaxtı

Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |