Şrift:
Türkiyədə Məmməd Araz gecəsi
25.05.2012 [13:26] - Mədəniyyət
Mayın 22-də Türkiyədə Atatürk Universitetində «Şair Məmməd Arazın anım proqramı» gerçəkləşdirilib.

Tədbirdə Atatürk Universiteti çağdaş türk ləhcələri və ədəbiyyatı bölümünün başqanı doktor Sedat Adıgözəl Məmməd Arazın həyatı ilə bağlı ətraflı məlumat verib və şairin «Azərbaycan dünyam mənim» şeirini söyləyib. Proqamın ilk hissəsində Azərbaycanın sabiq dövlət məmuru, hazırda həmin universitetin professoru olan Vurğun Əyyub Azərbaycan türkçəsi ilə Türkiyə türkçəsi arasındakı bağlılıqlardan geniş bəhs etməklə fikirlərini Məmməd Arazın poeziyası vaistəsilə təsdiqləyib. Mərasimin ikinci hissəsində Məmməd Arazın qızı, yazıçı-publisist, «Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay çıxış edib. İradə xanım böyük şairin həyatından, şeirlərindən və bu yaradıcılıqda insanlara və millətlərə böyük diqqətdən bəhs edib. Tədbirin sonunda millət vəkili, yazıçı Aqil Abbas üzünü hər kəsə tutaraq bildirib ki, “Məmməd Araz bir şeirində dediyi kimi, «Vətən daşı olmayanadan, olmaz ölkə vətəndaşı». Siz bu vətənin adi bir daşı olsanız yenə vətənə xidmət etmiş olarsınız».
Aqil Abbas öz çıxışında Azərbaycan və Türkiyə şair və yazıçılarının türk birliyi, bərabərliyi fikirlərini daha geniş təbliğ etməyinin önəmli olduğunu vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed