Şrift:
Belarusda 28 May - Respublika Günü qeyd edilib
25.05.2012 [13:29] - Diaspor
Belarus baş nazirinin müavini ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirib


Mayın 24-də Belarus Azərbaycanlıları İcmaları Konqresi və Azərbaycan Respublikasının Belarus Respublikasında səfirliyinin birgə təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Davam.az-a verilən məlumata görə, Belarus Respublikasında akkreditə olunmuş səfirliklərin təmsilçilərinin, ictimaiyyət, KİV və diaspor nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasının bu ölkədəki səfiri İsfəndiyar Vahabzadə və Belarus Respublikası baş nazirinin birinci müavini Semaşko nitq söyləyiblər.

Natiqlər öz çıxışlarında iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıblar.
Bu xəbər oxucular tərəfindən 1239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed