Şrift:
Rusiyanın Qəbələ RLS-dən imtina etmək ehtimalı erməniləri qorxuya salıb
25.05.2012 [14:04] - Gündəm
Erməni toplumu ruslara stansiyanı ABŞ-a və ya Türkiyəyə verməkdənsə sökməyi təklif edir



Rusiyanın Qəbələ RLS-dən imtina edə biləcəyi xəbəri Ermənistan mətbuatı tərəfindən narahatçılıqla qarşılanıb.
Bu ölkənin “Armenia Today” xəbər portalı məsələ ilə bağlı xüsusi analitik yazı dərc edib. Yazıda Rusiya müdafiə nazirliyinə istinadən Azərbaycan tərəfinin RLS-in icarə haqqının birdən-birə 7 milyon dollardan 300 milyon dollara qədər qaldırıldığı bildirilir.

Erməni portalının yazısında aşağıdakı fikirlər də yer alır: “Beləliklə, artıq dekabrda Rusiya hələ SSRİ zamanından raket əleyhinə müdafiə sisteminin ən vacib elementlərindən biri olan Qəbələ RLS-dən məhrum ola bilər.

Stansiya həm də nüvə başlıqları daşımağa qadir yerüstü və dəniz ballistik raketlərin aşkarlanması, həmçinin kosmik fəza üzərində fasiləsiz nəzarətə şərait yaradır. Sistem raketin qalxmasından bir neçə saniyə sonra buraxılışı aşkarlamaqla yanaşı, həm də elə ilk saniyədən raketin traektoriyasını izləməyə, öncədən onun lazımi nöqtədə tutulması üçün göstəriciləri təqdim etməyə imkan yaradır.

RLS İran, Türkiyə, Hindistan, İraq, Pakistan, qismən də Çin, həmçinin bir sıra başqa Asiya və Afrika ölkələrinin hava və kosmik məkanı üzərində monitorinq aparmağa şərait yaradır. Həmçinin stansiya Cənub yarımkürəsində qitələrarası ballistik raketlərin buraxılışını, həmçinin Hind okeanı hövzəsindəki sualtı raket daşıyıcılarından qitələrarası ballistik raketlərin buraxılışını qeydə alır”.

Erməni portalı daha sonra Rusiyanın RLS-i itirməsinin doğuracağı nəticələrdən danışır: “Hərbçilər əmin edirlər ki, Azərbaycandakı stansiyanın itirilməsi Rusiyanın təhlükəsizliyini zəiflətmir. Onlar düşünürlər ki, bu itki tamamilə Krasnodar diyarının Armavir şəhərində tikilmiş yeni rus RLS-i tərəfindən əvəzlənəcək. Bu RLS-də artıq təcrübə-döyüş növbətçilyi gerçəkləşdirilir və bir il əzində kondinsiyaya çatdırılacaq və lazımi parametrlərə çıxarılacaq.

Bundan başqa, ekspertlər deyir ki, Armavir RLS cənubdakı raketqorxulu istiqamətləri Qəbələ RLS-indən daha yaxşı əhatə edəcək. Daha öncə ordunun raketdən hücumun xəbərdarlıq edilməsi üzrə keçmiş komandanı Nikolay Radionov bildirmişdi ki, “Voronej – DM” stansiyası yeni nəsil stansiyadır və onun müşahidə sektoru Qəbələdəki stansiyadan 2,5 dəfə yksəkdir”.

Amma bununla bağlı erməni portalı RLS-dən çıxmanın Rusiya üçün dolayı itkilərə səbəb olcağını vurğualayır: “Qəbələ RLS-in itkisi başqa risklərə səbəb ola bilər. 2007-ci ildə Rusiya prezidenti Vladimir Putin ABŞ-a Çexiyada raket əleyhinə müdafiə elementlərinin yerləşdirilməsinin əvəzinə bu RLS-dən birgə istifadəni təklif etmişdi. İlk zamanlar amerikalılar bu təşəbbüsü laqeydliklə qarşıladılar. Ancaq sonra bu yanaşmaya baxdılar və Birləşmiş Ştatlar bildirdi ki, Qəbələ RLS-i ABŞ-ın Mərkəzi Avropa üzrə raket əleyhinə müdafiə sisteminə qoşmaq imkanlarına baxır.

Beləliklə, Rusiya RLS-i itirərsə, amerikalılar onu öz sərəncamlarına götürə bilərlər və onun yardımı ilə İrana qarşı döyüş əməliyyatları gerçəkləşdirə bilərlər. Bundan başqa, obyektin ABŞ-a və ya Türkiyəyə keçməsi ehtimalı mövcuddur”,- deyə “Armenia Today” vurğulayır.

Qeyd edək ki, məsələnini bu tərəfi erməni portalının oxucularını da qorxuya salıb. Portalın Ermənistanda yaşayan “Ruben” adlı istifadəçisi yazır: “Böyük ehtimalla, Qəbələ RLS-i məhz ABŞ-a və ya Türkiyəyə vermək məqsədi ilə Rusiya üçün icarə haqqı belə qaldırılıb”. Portalın Rusiyada yaşayan “Faraon” adlı istifadəçisi isə Rusiyanı RLS-i “düşmənlərə” verməkdənsə dağıtmağa çağırır: “Guya ki, azerlər (azərbaycanlılar nəzərdə tutulur - müəllif) bu RLS-in yaradılmasında iştirak ediblər! Yəni Rusiya bunu sökməyə və ya sıradan çıxarmağa bir yol tapa bilmir - düşmənlərə verməyəcək ki?!”.
Bu xəbər oxucular tərəfindən 1432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed