Şrift:
QMİ sədrinin müavini: “Bəzi “turistlər” Azərbaycandakı məscidlərə təbliğat vasitələri gətirirlər”
28.09.2017 [15:10] - İslam dini
“Azərbaycana turist kimi gələn bəzi insanlar burada həftələrlə qalır və müəyyən insanları ətrafına yığır, müəyyən işlər görür və getdikdən sonra da burada tanış olduqları insanlarla əlaqələrini kəsmirlər”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev Bakıda “Qeyri-hökümət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda keçirilən konfransda deyib.
Sədr müavini bildirib ki, müvafiq orqanlar bu məsələ ilə bağlı ciddi işlər görməlidirlər. Onun sözlərinə görə, Azərbaycana xüsusilə ərəb ölkələrindən, İslam ölkələrindən bəzi “turistlər” gələrkən elə proqram seçilir ki, hansı yolların kənarlarında məscid varsa oradan keçsinlər: “Onlar həmin məscidlərə girir, ibadət edir. Həmin məscidlərdə gətirdikləri təbliğat vasitələrini yaymağa çalışırlar. Biz bu məsələyə həssas yanaşmasaq, mənfi nəticələrini görəcəyik”.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed