29.09.2017 [10:30] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Bu hadisənin baş verməsi çox pis ənənə formalaşdıracaq"
İraq Kürdüstanında müstəqillik "referendum"u ilə əlaqədar keçirilən səsvermədə iştirak edənlərin mütləq əksəriyyəti müstəqilliyə "hə" cavabı verib. Belə ki, səs verənlərin 93%-i müstəqilliyi dəstəkləyib, 6,71%-i isə m əleyhinə çıxıb. Ümumilikdə, "referendum"da 3,3 milyon insan qatılıb. İraq hökuməti "referendum"un qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri İraq Kürdüstanının lideri Məsud Bərzani ilə görüşərək "referendum"un təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb. Türkiyə, İraq, İran və bir çox başqa ölkələr bu "referendum"u separaçılıq adlandırıblar.
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib ki, etirazlara əhəmiyyət verilmədən referendumun keçirilməsinin regiona böyük təsiri var. O, qeyd edib ki, bu referendumun keçirilməsi ilə Türkiyənin təhlükəsizliyinə ciddi təhdid yaranır: "Türkiyənin daxilində PKK terror təşkilatı yaradıblar və həmin təşkilatın üzvü olan terrorçular kürd dövlətinin yaradılması uğrunda mübarizə aparırlar. Bu gün Bərzaninin referendumu gələcəkdə Türkiyə daxilində də belə bir hadisənin təkrarlanması istəyinə yol aça bilər. Yəni, kimlərsə bunu Türkiyə ərazisində də təkrarlamaq iddiasına qapılar. Nəzərə alaq ki, PYD də xarici qüvvələrdən dəstək alır və bu dəstəyi gizlətmirlər. Əgər bu gün İraq kürd muxtariyyətinin müstəqil dövlətə çevrilməsi məsələsi gündəmə gəlirsə, gələcəkdə Türkiyənin parçalanması məsələsi də ortaya çıxacaq. Üstəlik, bu referendumun keçirilməsi və onların iddiasının qəbul edilməsi Kərkük türklərini təhlükə altına qoyur. Orada yaşayan türklərin hüquqları pozulur. Ən pisi isə budur ki, bu referendumun keçirilməsi, nəticələrinin kimlərsə tərəfindən tanınması açıq-aşkar terrorizmə dəstəkdir. Terrorçuların yaratdığı status-kvonun hüquqi cəhətdən təsbit olunması deməkdir. Bu hadisənin baş verməsi çox pis ənənə formalaşdıracaq. Dünyanın harasında bir separatizm ocağı varsa, orada terrorun, silahın gücünə status-kvo yaradılacaq, ardınca da bunu hüquqi baxımdan təsbit etməyə can atacaqlar. Ona görə də bütün dünya dövlətləri referenduma etiraz etməlidir ki, gələcəkdə belə hadisələr təkrarlanmasın. Türkiyə Böyük Millət Məclisində artıq müzakirələr aparıldı və əsgərə bəlli hüquq verildi. Fikrimcə, kimin nə deməyindən asılı olmayaraq, ən sərt tədbirlər görülməlidir. Əgər Bərzaninin keçirdiyi referendumla Kürdüstan adlı dövlət yaranacaqsa, bu gələcəkdə Türkiyənin ərazisinin parçalanmasına gətirib çıxaracaq, türk dünyasına böyük zərbə olacaq".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib ki, İrqada kürdlərin yığcam yaşadığı ərazidə birtərəfli "referendum"un keçirilməsi çox təhlükəli bir tendensiyadır: "Yeni dövlətlərin yaranması baş verə bilər. Amma bunun üçün mərkəzi hakimiyyətlə yerli hakimiyyətin razılığı əldə olunsun. Bu qarşıdurmaya deyil, sülhə, əminamanlığa, regionda stabilliyi artıran şərtlərin yaranmasına səbəb olsun. İraq Kürdüstanı təxminən 20 il bundan əvvəl ABŞ-ın dəstəyilə geniş muxtariyyətə sahib oldu. Hazırda həmin ərazi özünün muxtar üsul-idarəsinə malikdir. Ancaq onların bitərfli müstəqilliyik əldə etməsi regionda vəziyyəti gərginləşdirir. Artıq indidən İraq Kürdüstanı kürdlərin kompakt yaşadığı İraq, İran və Türkiyə ərazisinə iddia edir. Həmçinin, yeni müstəqil dövlət yaratmaqla regionda gərgin olan vəziyyəti daha da gərginləşdirir". Deputat bildirib ki, kürdlərin elan etdiyi müstəqil dövlətin yaşamaq şansı yoxdur: " Onların dəniz çıxışı yoxdur, bölgənin ərzaq idxalı qonşu dövlətlərdən asılıdır, bölgədə olan neft resursları dünya bazarına Türkiyə və İraq vasitəsilə çıxarılır. Hesab edirəm ki, belə bir "referendum"un keçirilməsi regiondakı vəziyyəti daha da gərginləşdirir. Artıq hər üç dövlət regiona qarşı sanksiyaların elan edilməsi barəsində razılığa gəliblər. Hesab edirəm ki, ayrı-ayrı xalqların kompakt yaşadığı ərazilərin müstəqil dövlətindənsə, geniş muxtariyyətə malik olması daha məqbuldur. Əgər hər bir millətin yaşadığı bölgə ayrıca müxtəqil dövlət olarsa, onda dünya xəritəsini yenidən çəkmək lazımdır. Belədə isə dünyanı müharibələr, qarşıdurmalar gözləyir. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Azərbaycan İraqın ərazi bütövlüyünü dəstəkləyir. Hesab edirik ki, birtərəfli qaydada müstəqillik "referendum"unun keçirilməsi qəbuledilməzdir". Referendum məsələsinə Azərbaycanın mövqeyinə gəldikdə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib ki, Azərbaycanın bu məsələdə bir mövqeyi var: "Bu mövqe beynəlxalq hüquq normalarının üzərində qurulub. Azərbaycan hər bir ölkənin ərazi böütövlüyünü, suverenliyini tanıyır. Hansısa bir qanun pozuntusunun nəticəsində yaradılan separatçı rejimi Azərbaycan heç vaxt dəstəkləmir. Həmçinin, kiminsə ərazisini zorla ələ keçirib, orada dövlət yaradan və yaxud öz ərazisinə qatan ölkələrin ərazi bütövlüyünü tanımır. Çünki biz özümüz də uzun illərdir ki, belə separatçı rejimin əməli nəticəsində müharibə vəziyyətində yaşayırıq. Mövcud sərhədlər ancaq qarşılıqlı razılıq əsasında dəyişə bilər. Xalqların öz müqəddəratını qurmaq hüquqi heç də yeni bir dövlət yaratmaq demək deyil. Bunun üçün yüzlərlə muxtariyyət variantları var".
Nurlan

Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |