Şrift:
Marneulidə iki kiçik yaşlı azərbaycanlı musiqiçi festival-müsabiqənin qalibi olub
26.05.2012 [00:54] - Gündəm, Borçalı
Mayın 25-də Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində gənc musiqiçilərin ikinci regional festival-müsabiqəsi keçirilib. Festival-müsabiqə Kvemo-Kartli bölgə qubernatorluğunun təşkilatçılığı və Marneuli Rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə baş tutub. Tədbirdə 100-ə qədər gənc musiqiçi iştirak edib. Milli azlıqların iştirak etdiyi tədbirdə bölgədə fəaliyyət göstərən musiqi məktəblərin şagirdləri müxtəlif musiqi nömrələri nümayiş etdiriblər. Tədbirdə Gürcüstanın məşhur musiqi xadimlərindən ibarət münsiflər heyəti, Tiflis Konservatoriyasının professorları, məşhur gürcü pianoçusu Nunu Çelidze gənc musiqiçilərin nümayiş etdirdiyi nömrələri diqqətlə müşayiət ediblər. Sonda kiçik yaşlı və böyük yaşlı uşaqlar arasında I-III yerlərin qalibləri müəyyən edilib. Kvemo-Kartli bölgə qubernatorluğunun şöbə müdiri Nino Basilaşvili müsabiqədən söz açıb: “Çox sevindirici haldır ki, musiqi festival-müsabiqəsində gənc musiqiçilər peşəkarlar kimi iştirak edərək, qalib olublar. Keçən il festival-müsabiqə Rustavidə keçirildi. Bu il isə azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində keçirməyi qərara aldıq. Bizi quberniya idarəsi dəstəklədi və peşəkarlıqla çıxış edən gənc musiqiçilər qalib oldular. Münsiflər heyəti Marneuli musiqi məktəbinin şagirdlərindən iki nəfər azərbaycanlı musiqiçini, gənc pianinoçular olan Sofiya Qarabağlını I yerə, Emilya İsmayılovanı isə II yerə layiq gördü və onlar diplomlarla təltif olundular. Digər qaliblər isə Bolnisi və Tetri-Skaro rayonundan gələn gənc musiqiçilər oldu”.
Bu xəbər oxucular tərəfindən 1427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed