26.05.2012 [11:08] - Xəbərlər
ABŞ dövlət katibi Hillari Klinton 28 May – Respublika Günü münasibətilə Azərbaycana təbrik ünvanlayıb.
H. Klinton təbrikində bildirib ki, Bakıya səfərini səbirsizliklə gözləyir: “Mənim ölkə rəhbərliyi və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə Azərbaycanın imkanları və problemlər, habelə xalqlarımızın işıqlı gələcəyi üçün ABŞ-ın hansı dəstəyi verə biləcəyi barədə müzakirələr aparmaq imkanım olacaq. Biz regional təhlükəsizlik və sabitliyin təmin olunması, enerji təhlükəsizliyi, iqtisadi və siyasi islahatlar sahəsində yeni birgə əməkdaşlıq imkanlarını da müzakirə edəcəyik”.
“Azərbaycan milli bayramınızı qeyd edərkən, bilsin ki, ABŞ onu dəstəkləyir”, - deyə H. Klinton təbrikində vurğulayıb.
Qeyd edək ki, H. Klinton regiona səfəri çərçivəsində Azərbaycana iyunun 6-da səfər edəcək.

Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |