26.05.2012 [11:16] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı fəallar İbrahim Rəşidi (Savalan), Ruzbeh Səadəti, Əfşin Şəhbazi, Mehrdad Kərəmi, Məhəmməd Əhədi və Davud Kərəminin məhkəmə iclası keçirilib.
Məlumata görə, azərbaycanlı fəallar ölkə təhlükəsizliyinin əleyhinə toplaşmaq və sözləşməkdə və sistemin əleyhinə təbliğdə ittiham olunublar. İttihamlara mayın 23-ü (xordadın 3-ü) Təbrizin inqilab məhkəməsində hakim Rəhim Həmlbərin başçılığı ilə baxılıb.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəallar təhlükəsizlik qüvvələri tərəfindən Təbriz, Miyana və Ərdəbil şəhərlərində tutuqlanıb, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında ruhi-cismi işgəncə edildikdən sonra Təbrizin mərkəzi zindanına intiqal ediliblər.Vəkilsiz müdafiə olunan azərbaycanlı fəalların hər birinə 200 milyon tümən dəyərində mülki vəsiqə təyin edilib. Bununlada fəalların mülki vəsiqə qarşılığında azadlığa buraxılacağı gözlənilir.

Bu xəbər oxucular tərəfindən 1337 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |