Şrift:
Venesuela müxalifəti hökumətlə danışıqlara məhəl qoymayıb
29.09.2017 [10:38] - Hadisə
Venesuela müxalifətinin təmsilçiləri hökumət nümayəndələri ilə Dominikanda keçirilməsi planlaşdırılan görüşün ikinci raunduna gəlməyiblər.
Bu barədə "TeleSUR" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ilk görüş sentyabrın 13-də keçirilib. Venesuela prezidenti Nikolas Maduro nəticələri uğurlu adlandırıb.
Lakin müxalifət nümayəndələri sentyabrın 27-də keçirilməli olan görüşə gəməyiblər. Onlar bildiriblər ki, Venesuela hökuməti zəruri şərtləri yerinə yetirməyib.
Buna baxmayaraq hökumət nümayəndələri növbəti dialoqa hazırlıqlarını ifadə ediblər.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed