29.09.2017 [10:44] - Mədəniyyət, DAVAMın yazıları
Bir tərəfdə Rusiya çarı I Nikolayın qılıncı, digər tərəfdə isə İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) su içdiyi qab.
Bir tərəfdə Sultan Fateh Mehmedin qılıncı, digər tərəfdə peyğəmbərin qızı Həzrəti Fatimənin əşyaları.
Bir tərəfdə peyğəmbərin ayaq izi, digər tərəfdə Həzrəti Musanın əsası.
Bütün bunları bir araya gətirən məkanın adı isə Topqapı sarayıdır.
***
Yağmurun yavaş-yavaş İstanbulu fəth etməyə başladığı bir ərəfədə Osmanlı sultanlarının geniş coğrafiyanı idarə etdikləri saraya getdik. Muzey kimi fəaliyyət göstərən Topqapı sarayına giriş 40 türk lirəsidir. Sultanın hərəmxanasını görmək üçün isə əlavə 25 lirə ödəməlisən. Amma yerli və xarici jurnalistlərə muzeyi gəzmək ödənişsizdir. Bunun da səbəbi, yəqin ki, jurnalistlərin muzeyi gəzdikdən sonra yazı hazırlamasıdır.
Hər halda biz bu güzəşti qarşılıqsız qoymuruq.
Sarayın eksponatlar sərgilənən hücrələrinə gedənə qədər uzun bir yol qət etməli olursan. Təhlükəsizlik qaydaları ciddidir, gün ərzində yüzlərlə turist tərəfindən ziyarət edildiyi üçün yüksək səviyyədə mühafizə təşkil edilib.
Hücrələr çox olduğuna görə bizim üçün daha maraqlı olan hissələri gəzdik.
Cümhuriyyətin ilk muzeyi
Fateh Sultan I Mehmed 1453-cü ildə İstanbulu fəth etdikdən sonra 1460-cı illərdən etibarən sarayın tikintisinə başlanılıb, 1478-ci ildə isə tamamlanıb. Saray Mərmərə dənizi, İstanbul boğazı və Haliç arasındakı tarixi İstanbul yarımadasının ucundakı Sarayburnunda yerləşən Şərqi Roma akropolu üzərində 700 min kv.metrlik bir ərazidə hazırlanıb. Sultan Mehmeddən 31-ci padşah Sultan Əbdülməcidə qədər 400 il ərzində xanədanlığın idarə edildiyi məkan, təhsil və mədəniyyət mərkəzi, həmçinin sultanın evi kimi fəaliyyət göstərib. XIX əsrin sonlarından etibarən padşah sarayı Dolmabaxçaya köçürülsə də, Topqapı hər zaman önəmini saxlayıb.
Topqapı sarayı Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 3 aprel 1924-cü ildən etibarən muzey kimi fəaliyyət göstərir. Hazırda 300 min kv.metrlik ərazidə yerləşir. Saray qurudan Fateh Mehmedin tikdiyi divarlarla, dənizdən isə Şərqi Roma divarları ilə şəhərdən ayrılır. Saraydan görünən dəniz mənzərəsi isə insan ömrünü günlərlə uzada bilir.
Sarayda təxminən 300 min arxiv materialı qorunur və dünyanın öndə olan muzeylərindən biridir.
52 min silah
İlk daxil olduğumuz yer silahların sərgiləndiyi hücrə oldu. Topqapı sarayında Əməvi, Abbasi, Məmlük, Səfəvi, Osmanlı, Krım, Hind, Avropa, Yaponiya mədəniyyətinə aid 52 min silah saxlanılır. Hücrədə ziyarətçilər üçün sərgilənən ən önəmli silahlar sultanların, sədrəzəmlərin şəxsi silahları, o cümlədən sultana başqa dövlətlərin hökmdarları tərəfindən hədiyyə edilən silahlardır. Bu bölmədə Fateh Sultan Mehmed, II. Bəyazid, Yavuz Sultan Səlim, Qanuni Sultan Süleyman, II. Səlim, III. Mehmed, I. Əhməd və başqa Osmanlı sultanlarının qılınclarını gördük. Həmçinin Rusiya çarı I Nikolayın qılıncı da bu bölmədə sərgilənir. XVI əsr Səfəvi dönəminə aid də hücrədə bir neçə ədəd silah və zirehli geyim də ziyarətçilərə təqdim edilir.
Bizi ən çox sevindirən də bu oldu.
Bu bölmədə həmçinin bir neçə əsrlik tapançalar, tüfənglər, toppuzlar, qalxanlar şüşə altından göz oxşayır. Nəhəng Bizans qılıncları isə hücrəni daha da əzəmətli edir.
Peyğəmbərin saqqalı
İkinci daxil olduğumuz hücrə turistlərin ən çox axın etdiyi müqəddəs əmanətlərin saxlanıldığı bölmə oldu. Həzin Quran sədası altında ziyarətçilər bir neçə min il yaşı olan eksponatlara heyrətlə baxırdılar. Bu bölmədə Həzrəti Musanın əsası, Davud peyğəmbərin, Həzrəti Məhəmmədin (s), İmam Əlinin (ə), xəlifə Əbubəkr və Ömərin, səhabələrin qılıncları saxlanılır, Yusif peyğəmbərin cübbəsi, İbrahim peyğəmbərin işlətdiyi qazan qorunur.
Xəttatların hazırladığı Qurani-Kərimlər, Kəbənin müxtəlif dövrlərə aid açarları, Kəbəyə aid müxtəlif eksponatlar bu bölmədə sərgilənir. Ən qiymətli əşyalar isə İslam peyğəmbəri Həzrəti Məhəmmədə (s) aiddir. Bu hücrədə peyğəmbərin su içdiyi qab, xirqəsi, Ühüd döyüşündə qırılan dişinin saxlanıldığı qutu, ayaq izi, saqqalı, möhürü, məktubu, qızı Həzrəti Fatimənin paltarı, sandıqçası, İmam Hüseynin (ə) xirqəsi, Mədinə və Kərbəla torpağı saxlanılır.
Bu əşyaların Topqapıya gəlməsi isə I Səlimin 1517-ci ildə Misiri fəth etməsi, xilafətə sahiblənməsi ilə bağlıdır. XVI əsrdən XIX əsrin sonlarına qədər müqəddəs əmanətlər Ərəbistandan İstanbula daşınıb. Vəhhabilərin müqəddəs əşyalara etinasız davranmaları, həmçinin I Dünya Savaşı səbəbindən əmanətlər davamlı şəkildə İstanbula gətirilib.
Hərəm
Muzeydə Osmanlı sultanlarının portretlərinin asıldığı ayrıca hücrə də var. Oranı da ziyarət etdikdən sonra sarayın hərəmxana hissəsinə doğru yollandıq. Burada müxtəlif otaqlar, hamamlar yerləşir. Hərəmxana hissəsində təmir işləri davam etdiyi üçün bütün otaqlar ziyarətçilərə açıq deyil.
Sonda qeyd edək ki, Topqapı sarayında bəzi bölümlər müəyyən səbəblərdən ziyarətçilərə bəzən açıq olmur. İlk dəfə burada olarkan sultana və ailəsinə aid almazların sərgiləndiyi məkanı görmüşdük. Hazırda bir ilə yaxındır ki, o məkan qapalıdır.
Sarayın həyətində isə özünüzü 15 dəqiqəlik sultan hiss etməniz üçün şərait yaradılıb. Əlinizə qılınc alıb fərman verə bilirsiniz. Amma bunun qiyməti 25-100 lirədir.
Əgər cibinizdə 100 lirəniz varsa, doya-doya sultanlığı fotolarda yaşaya bilərsiniz.
Biz də imkanımız çatdığı qədər bu fürsətdən yararlandıq...
Müəllif: Dilqəm Əhməd

Bu xəbər oxucular tərəfindən 865 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |